“Azərbaycan-Türkiyə, iki qardaş ölkə Şuşa Bəyannaməsindən sonra müttəfiqlik sisteminin formalaşmasını dünyaya bəyan etdilər”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi bölgədə tərəfdaşlığın, əməkdaşlığın və sabitliyin yaranmasında böyük rola malikdir: “Azərbaycan və Türkiyə dövlətlərinin müttəfiqliyi eyni zamanda iki ölkənin həyata keçirdiyi strateji layihələrin güvənliyinə, həm də bu layihələrə qoşulan digər xarici ölkələrin də bu əməkdaşlıqda iştirakı üçün şərait yaradır. Azərbaycan və Türkiyə qardaşdır, bu bəyannamə iki dövlətin qardaşlığını, əməkdaşlığını, müttəfiqliyini bütün dünyaya nümayiş etdirir. İki dövlətin belə layihələrdə əməkdaş olması həm regionda, həm də dünyada sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında xüsusi rol oynayır. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı müttəfiqlik səviyyəsinə qalxmaqla geniş bölgənin sabit inkişafı üçün böyük bir zəmindir. Düşünürəm ki, bu prosesə qoşulan digər ölkələr də öz təhlükəsizlik təminatını alacaqlar”.
Müəllif: Abutel İlhamqızı
293