"Azərbaycan Ordusu elə bir sahədir ki, orada daim inkişaf getməlidir. Azərbaycan Ordusu 44 günlük müharibədə qələbə qazanan bir ordudur. Hələ müharibəyə qədər də ordumuz öz inkişafı ilə dünyanın 55 ən güclü orduları sırasında özünəməxsus yer tapıb". Bu sözləri Diaspor info-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, aprel hadisələrindən sonra Ali Baş Komandan İlham Əliyev aprel ayında bildirmişdi ki, Azərbaycan Ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadığın edib, ərazi bütövlüyünü təmin etməyə qadirdir: "Bu Prezidentin orduya qarşı olan güvənidir. Q
Şair Ramaldanov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda sülhün qorunmasının qarantı kimi çıxış edir. Bu gün Ordunun inkişafı nəinki Azəırbaycanın müdafiəsi üçün, həmçinin Cənubi Qafqazda sülhün qorunmasını təmin edir. Azərbaycan bu gün müasir ordular sırasındadır. Ordunu bu səviyyəyə gətirən Ali Baş Komandan İlham Əliyevin orduya olan qayğısı və diqqətidir. Azərbaycan Ordusu bu gün Azərbaycan xalqın təhlükəsizliyinin, müdafiəsinin qarantı kimi çıxış edir. Orduda xidmət edən hərbiçilər öz əməyi ilə, xidməti ilə məhz bu etibarlılığı qazanıblar".
Arzu Qurbanlı
153