PREZİDENT İLHAM ƏLİYEV: “Bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək”
Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra özünün inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 1993-cü ildən sonra hər iki ölkədə xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirilib və 1995-ci ildə Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən müqavilə imzalanıb. Bununla yanaşı, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb. Bu gün isə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı 2004-cü ilin ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri iki dost, qardaş ölkələr arasında əlaqələrin daha geniş şəkildə davam etməkdədir. Bir sözlə, 30 il davam edən Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Elə bu günlərdə, oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri strateji əlaqələrin yeni mərhələyə yüksəlməsi baxımından böyük əhəmiyyətə malikdir. Məlum səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşıb və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
PREZİDENT İLHAM ƏLİYEV: “ƏMİNƏM Kİ, BUGÜNKÜ SƏFƏR AZƏRBAYCAN-GÜRCÜSTAN QARDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ YENİ TƏKAN VERƏCƏK”
“Mən burada özümü evdəki kimi hiss edirəm. Yenidən Gürcüstanda olmağıma çox şadam. Baş nazir İrakli Qaribaşvili ilə görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz tez-tez görüşürük”.Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında söyləyib.“Əminəm ki, bugünkü səfər Azərbaycan-Gürcüstan qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.
AZƏRBAYCAN PREZİDENTİ: “GÜRCÜSTANLA STRATEJİ TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİMİZ MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ YÜKSƏLİB”
imzalamasının vaxtı gəlib çatıb. Hər halda bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır”.
BAŞ NAZİR İRAKLİ QARİBAŞVİLİ: “PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN-GÜRCÜSTAN ƏMƏKDAŞLIĞINA TÖHFƏSİ BÖYÜKDÜR”
“Gürcüstanla Azərbaycan arasında misilsiz dostluq və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə, qarşılıqlı hörmətə söykənir. Əminəm ki, hazırkı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha yüksək səviyyəyə qalxacaq”.Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bildirib.Prezident İlham Əliyevin Azərbaycanın və Gürcüstanın bu qədər yaxın olmasına böyük töhfə verdiyini qeyd edən İrakli Qaribaşvili bugünkü söhbətdə ölkələrimiz arasında sıx tərəfdaşlığın bir daha vurğulandığını söyləyib.Gürcüstanın Baş naziri Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına tərəfdar olduğunu deyərək bildirib: «Bu gün dünyada baş verən hadisələri, regional vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz sülh siyasəti yürütmək üçün əlimizdən gələni edəcəyik”.“Regionda mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox iş görə bilərik”, - deyə İrakli Qaribaşvili əlavə edib.Azərbaycan Prezidentinin Praqada irəli sürdüyü təşəbbüsü dəstəkləyən Baş nazir Cənubi Qafqazda əməkdaşlıq formatının yaranmasına tərəfdar olduğunu bildirib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər: "Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu səfəri bir daha onu göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Cənubi Qafqaz regionunun indiki və gələcək inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır. Dövlət başçımızın sölədiyi kimi: «Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur».
RƏFİQƏ KAMALQIZI