• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səbinə Əliyeva Türkiyə Ombudsman İnstitutunun 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib

12-01-2023, 17:30 | Baxılıb: 318
“Səbinə Əliyeva Türkiyə Ombudsman İnstitutunun 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib

Səbinə Əliyeva Türkiyə Ombudsman İnstitutunun 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında Ankara şəhərində Türkiyə Ombudsman İnstitutunun yaradılmasının 10 illiyi münasibətilə keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda Beynəlxalq Ombudsmanlar Konfransında iştirak edib.
Dünyanın müxtəlif ölkələrini təmsil edən 70-ə yaxın ombudsman və insan hüquq müdafiəçisinin qatıldığı konfransda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntop, müxtəlif dövlət qurumlarının və nazirliklərin, habelə Türkiyə Respublikasında akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.

Səbinə Əliyeva Türkiyə Ombudsman İnstitutunun 10 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib


İki gün davam edən tədbir çərçivəsində insan hüquqlarının gələcəyi, o cümlədən rəqəmsallaşmanın insan hüquq və azadlıqlarına təsiri, müharibə, münaqişə, miqrasiya kontekstində və pandemiya dövründə insan hüquqlarının təmini ilə bağlı çıxışlar edilib.
Azərbaycan Ombudsmanı konfransda çıxışı zamanı Türkiyənin Baş Ombudsmanını və qurumun kollektivini yubiley münasibətilə təbrik edib, onlara fəaliyyətlərində davamlı uğurlar arzulayıb. S.Əliyeva Azərbaycan və Türkiyənin ombudsman təsisatları arasında sıx əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq, bu əlaqələrin inkişafı baxımından iki qurum arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib. Azərbaycan Ombudsmanı qarşılıqlı əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası (İƏT OA), Türk Dövlətlərinin Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası (TÜRKOMB), Asiya Ombudsman Assosiasiyası (AOA) çərçivəsində də uğurla davam etdirildiyini bildirib.
S.Əliyeva Ermənistanın 30 ilə yaxın müddət ərzində davam etmiş işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan xalqının fundamental hüquq və azadlıqlarının pozulduğunu qeyd edib, Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətləri barədə iştirakçılara ətraflı məlumat verib.
Ombudsman Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların yaratdığı ciddi təhlükə haqqında danışarkən bildirib ki, dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməməsi nəticəsində hər ötən gün mina qurbanlarının sayı artmaqda davam edir.
S.Əliyeva beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində mövcud norma və prinsiplərin təmin edilməsində ombudsman və milli insan hüquqları institutlarının rolunun önəmini qeyd edərək, bu istiqamətdə həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri əsasında hazırlanmış hesabatlar haqqında da məlumat verib. Azərbaycan Ombudsmanı həm Vətən müharibəsi, həm də postmüharibə dövründə Türkiyənin Baş Ombudsmanı və İƏT OA prezidenti Ş.Malkoçun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə gələrək yerində araşdırmalar həyata keçirdiyini və həmin araşdırmaların nəticəsi olaraq müvafiq hesabatların hazırlandığını qeyd edib.
Yekunda S.Əliyeva iki təsisat arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində fəal iştirakına görə Ş.Malkoça “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” yubiley medalını təqdim edib.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


318

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb
Ersin Tatar Azərbaycana səfər edəcək
Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb

DİN: “Sputnik Azərbaycan”la bağlı araşdırma başlayıb

Ersin Tatar Azərbaycana səfər edəcək

Baş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Pakistanın Baş naziri iyulun 3-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək

"Baksol yolu"nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı cinayət işi açılıb

Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib

Azərbaycan XİN-də yeni idarə yaradılıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.