• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb

18-01-2023, 12:00 | Baxılıb: 211
“İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb.

Diaspor info xəbər verir ki, ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir. Bildirilir ki, Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir.

Yazıda siyasi ekspert, analitik Orxan Amaşovun fikirlərinə yer verilir. Azərbaycanlı analitik ərazilərimizin otuz illik işğalı dövründə Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Laçın rayonunda qeyri-qanuni məskunlaşma siyasətin apardığını qeyd edir.

“Biz Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edirik, ətraf mühiti qorumaq üçün mübarizə aparırıq. Biz səssiz qala bilmərik və buna göz yuma bilmərik, çünki region mühüm ekoloji irsə malikdir və qeyri-qanuni hasilatın nəticələri geri dönməz ola bilər. Ermənistan silahlı qüvvələri Üçtərəfli Bəyanatın 4-cü maddəsində nəzərdə tutulduğu kimi həmin ərazini tərk etməli idi, lakin bu baş vermədi. Onlar nəinki ərazini tərk etməkdən imtina ediblər, həm də İsveçrədəki şirkətin cəlb edilməsi yolu ilə qeyri-qanuni mis və qızıl hasilatı ilə məşğul olublar. Ərazimizin təbii sərvətləri qeyri-qanuni olaraq, heç bir dayanıqlılığa nəzarət edilmədən və dövlət icazəsi olmadan istismar olunur. Bu qanunsuz əməllər ətraf mühitin çirklənməsinə, regionun gələcəyində ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. Hesab edirik ki, bu vəziyyət dərhal nəzarətə götürülməli və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi coğrafi ərazidə yerli mühitin monitorinqi aparılmalıdır”, - deyə O.Amaşov bildirir.

“Böyük təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq media bizim istədiklərimizə və haqlı tələblərimizə diqqət yetirmək əvəzinə, Ermənistanın yalan məlumatlarını yayımlayır. Biz bütün mülki vasitələrin və humanitar yardımların yoldan keçməsinə şərait yaradırıq. Artıq müəyyən qələbələrimiz olub. Ehtiyatların qeyri-qanuni hasilatı ilə məşğul olan “Base Metal” mədən şirkəti ərazidəki fəaliyyətini dayandırıb. Lakin hesab edirik ki, ekoloji vəziyyətin monitorinqi regionun gələcəyini təmin etmək üçün əsas tələbdir. Ona görə də biz aksiyanı davam etdiririk”, - deyə analitik qeyd edir.

Qəzetin əməkdaşı vurğulayır ki, ətraf mühitə dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün baş verənlər izlənilməli, qiymətləndirilməli və müvafiq tədbirlər görülməlidir. Ekofəallar deyirlər ki, ətraf mühit ekspertləri və Rusiya kontingentinin yüksək komandanlığı ilə çoxsaylı görüşləri olub, lakin hələlik razılıq əldə edilməyib: “Nə baş verdiyini aydın təsəvvür etmək üçün monitorinq aparmalıyıq. Beynəlxalq ictimaiyyət artıq Oxçuçayın çirklənməsinin şahidi olub və suyun təhlili mədən işlərinin nəticəsi olan ağır metalların kütləviliyini göstərir. Laçın yolundan qeyri-qanuni hasil edilən faydalı qazıntıların daşınması üçün düzgün istifadə edilməməsi böyük iqtisadi və ekoloji problemlər yaradır. Əraziyə düzgün nəzarət edilsəydi, bölgədə ekoloji fəlakətin qarşısı alınardı. Bizim aksiyamız piyada əleyhinə minaların, sursatların, silahların və qeyri-qanuni xammalın keçidindən yayınaraq, marşrutun yalnız humanitar yüklərin daşınması üçün istifadə olunmasını təmin edir. Biz həmişə humanitar yardımların və Rusiya kontingentinin maşınlarının keçməsinə icazə vermişik. Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra Ermənistan dəfələrlə razılaşmaları pozaraq, Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edib. Bu gün soyuq və şaxtalı hava şəraitində bədənimizi və mətanətimizi siyasi fəaliyyətin mərkəzinə qoyuruq və aksiyamızı dayandırmırıq. Biz öz torpağımızın, ətraf mühitimizin məhvinə yol verə bilmərik. Əgər uğursuz olsaq, gələcək nəsillər regionun və ətraf mühitin sərvətlərindən istifadə edə bilməyəcəklər. Biz dünyadakı bütün vətəndaşlardan ətraf mühitimizi və torpağımızı qorumaq üçün burada olduğumuzu və heç bir başqa ərazini işğal etmədiyimizi və ya vətəndaşı qətlə yetirmədiyimizi anlamalarını xahiş edirik. Bir daha deyirəm ki, Laçın yolu Azərbaycanın ərazisidir və bizim müvafiq qurumlarımız ona nəzarət etmək imkanına malik olmalıdır”.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.