• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kərkinin işğalından 33 il ötür

18-01-2023, 17:00 | Baxılıb: 418
“Kərkinin işğalından 33 il ötür

Şərur rayonunun yaşayış məntəqələrindən olan Kərki kəndi erməni işğalına məruz qalan ilk yurd yerlərimizdəndir. Hazırda həmin kənd 1990-cı ildə yaradılan Sədərək rayonun inzibati ərazi dairəsinə daxildir.

Diaspor info xəbər verir ki, 20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvanı işğal etməyə cəhd göstərib. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər Kərkini, Sədərəyi, Günnütü və Havuş kəndlərini güclü atəşə tutublar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Yanvarın 18-də güclü müqavimətə baxmayaraq Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunub. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən axşamadək şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş sursatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim Oğuz yurdu beləcə ermənilərin əlinə keçib.

Bütün bunlara baxmayaraq, Naxçıvanı işğal etmək arzusu ilə yaşayan ermənilər burada gözləmədikləri müqavimətə rast gəliblər və Sədərəyin müdafiə xəttini keçə bilməyiblər. Naxçıvanlıların qanları-canları bahasına göstərdikləri ciddi müqavimət sovet rəhbərliyini də çaş-baş salıb. Çünki onlar həmin vaxt döyüş xətti boyunca, necə deyərlər, yüzlərlə könüllülərdən ibarət canlı sərhəd yaradıblar. Düşmən həmin sərhədi keçməyə cəhd göstərsə də, darmadağın olunaraq qaçmağa məcbur edilib.

Kərki kəndinin ermənilər tərəfindən işğal edilməsinin əsas səbəbi isə həmin yurd yerimizin qaranlıqlar içərisində parlayan bir ulduz kimi qondarma erməni dövlətinin ərazisi ilə əhatə olunması idi.

Kəndin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalı Bakıdakı 20 Yanvar qırğınının, dəhşətli Xocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.

Bəzi tarixçilərin fikrincə, “Kərki” toponimi kərkük türk tayfasının adı ilə bağlıdır. Sədərək kəndinin 8-10 kilometrliyində Teyqar dağının ətəklərində yerləşən kəndin 960 hektar sahəsi, 500 sakini olub. “O tay”, “Sulu zağa”, “Bəzirxana”, “Dəlikdaş”, “Sənəm qalası”, “Gavurqala”, “Şurut bulağı” və digər bu kimi qədim yurd yerləri bu gün də kənd sakinlərinin xatirələrində yaşayır.

Qeyd edək ki, 2018-ci ilin may ayında Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində muxtar respublikanın işğal altında olan Günnüt kəndi düşməndən azad edilib. Vətən müharibəsində əzəmətli zəfər qazanaraq dünya hərb tarixində özünəməxsus yeni bir səhifəni açan qüdrətli ordumuzun cəsur əsgər və zabitlərinin muxtar respublikanın yüksəkliklərində tutduğu mövqelərdən bu gün işğal altındakı Kərki kəndi aydın görünür. Həmin yurd yerimiz də əsil sahiblərinin yolunu həsrətlə gözləyir.скачать dle 10.6фильмы бесплатно


418

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.