• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ-ın Yuta ştatının vitse-qubernatoru ölkəmizə səfər edəcək

21-01-2023, 15:00 | Baxılıb: 24
“ABŞ-ın Yuta ştatının vitse-qubernatoru ölkəmizə səfər edəcək

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Yuta ştatının vitse-qubernatoru xanım Deidre Henderson ilə görüşüb.

Diaspor info xəbər verir ki, görüş zamanı səfir X.İbrahim Azərbaycanın ABŞ və Yuta ştatı ilə ikitərəfli münasibətləri, habelə ölkəmizin zəngin tarixi, mədəni irsi və tolerantlıq nümunəsi olması barədə Deidre Hendersonu məlumatlandırıb.

Səfir Azərbaycan və Yuta ştatı arasındakı oxşarlıqlara diqqət çəkərək, Yutanın ABŞ-da, Azərbaycanın isə müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə olmasını vurğulayıb.

Bundan əlavə, X.İbrahim ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi üçün görülən tədbirlər, xarici sərmayədarlar üçün yaradılmış əlverişli mühit, ölkəmizin regional nəqliyyat və enerji habına çevrilməsi və bu istiqamətdə icra olunan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Xanım Henderson, öz növbəsində, Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiklərini, bütün sahələr, xüsusilə də iqtisadiyyat və sərmayələrin qarşılıqlı cəlb edilməsi üzrə əlaqələrin təşviqinə hazır olduqlarını qeyd edib.

Yuta ştatının alternativ enerji, yüksək texnologiyalar, turizm və kənd təsərrüfatı sahələrində qabaqcıl ştatlardan biri olduğunu vurğulayan vitse-qubernator, qeyd olunan sahələrdə əməkdaşlığın böyük potensiala malik olduğunu bildirib.

Sonda səfir X.İbrahim Yuta ştatının vitse-qubernatorunu ölkəmizə səfərə dəvət edib. Xanım Henderson dəvəti məmnuniyyətlə qəbul edib.скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.