• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rumıniyanın AGERPRES agentliyi 20 Yanvar faciəsi barədə məqalə dərc edib

21-01-2023, 19:00 | Baxılıb: 24
“Rumıniyanın AGERPRES agentliyi 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Diaspor info xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş qanlı 20 Yanvar 1990-cı il hadisələrindən 33 il ötür” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərdən bəhs edilib, bu faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd olunub. Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyi diqqətə çatdırılıb. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları və 300 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulması barədə məlumat verilib. 1980-ci illərin sonlarında Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatının canlandığı, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasını anladığı və əvəzində terrora əl atdığı bildirilib.

Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisə ilə bağlı” qərar qəbul edilib və o vaxtdan 20 Yanvar Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Bu hadisələr bütün dünyaya sübut edib ki, Azərbaycan xalqı ədaləti bərpa etməyə, ləyaqətini qorumağa qadirdir.

Diqqətə çatdırılıb ki, hər il yanvarın 20-də ölkənin hər yerindən insanlar Bakının ən hündür nöqtəsində yerləşən Şəhidlər xiyabanında toplaşaraq, Qara Yanvar faciəsi şəhidlərinin xatirəsini yad edirlər.скачать dle 10.6фильмы бесплатно


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.