• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

22-01-2023, 15:00 | Baxılıb: 245
“Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər

Strasburqda yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayacaq.

Diaspor info xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək.

AŞPA qış sessiyası Assambleyanın yeni sədrinin və sədr müavinlərinin seçkisi ilə başlayacaq. Komissiyaların üzvləri təyin ediləcək. Sessiya “Rusiya Federasiyasının Ukraynaya təcavüzünün hüquqi və insan hüquqları məsələsi üzrə təcili prosedur debatlarla işini davam etdirəcək. Sessiyanın ilk günündə cari məsələlərin müzakirəsi çərçivəsində "Priştina və Belqrad arasında son gərginlik" və təcili prosedur müzakirələri zamanı isə "Dövlət xidməti işçilərinə hücumlar"a dair müzakirələr aparılacaq. Mayın 16 və 17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair AŞPA-nın təkliflərinə dair məruzə təqdim ediləcək.

Sessiyada İslandiyanın baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Baerbokun çıxışları da gündəmdədir. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç kommunikasiyasını AŞPA üzvlərinə təqdim edəcək.

Qadınlara qarşı zorakılıqla mübarizə mövzusu sessiyanın əsas məqamlarından olacaq, münaqişə ilə bağlı cinsi zorakılığa dair debatlar, İstanbul Konvensiyası, eləcə də qadınlara qarşı zorakılığa son qoyulmasında kişilərin rolu və məsuliyyətinə dair birgə debatlar təşkil ediləcək.

Sessiyanın gündəliyinə silahlı münaqişələrin ətraf mühitə təsiri, izləmə proqramları, etik, mədəni və təhsil problemləri də daxildir.

Assambleya yekun gündəliyini sessiyanın açılışında təsdiqləyəcək.скачать dle 10.6фильмы бесплатно


245

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.