• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

1-02-2023, 11:00 | Baxılıb: 203
“Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Ukraynanın kütləvi informasiya vasitələrində Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücuma dair daha bir neçə məqalə dərc edilib.

Diaspor info xəbər verir ki, ingilis dilli “Kyiv Post” qəzetində yayımlanan məqalədə İranın Azərbaycana qarşı qərəzli siyasətindən geniş bəhs olunub. Məqalədə Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı detallı şəkildə təqdim edilib. Bildirilib ki, İran tərəfinin bunu “bədbəxt hadisə” kimi qiymətləndirmək cəhdi çox uğursuz alınıb. Çünki yayılan videolardan da aydın olur ki, səfirliyi mühafizə edən İran polisi terror aktı baş verən zaman yerindən tərpənməyib.Məqalədə vurğulanıb ki, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra İran qonşu Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləməyə başlayıb. Azərbaycanın İsraildə səfirlik açması ilə bu, daha da kəskinləşib. İran hətta Azərbaycan sərhədində hərbi təlimlər də keçirib. Bundan əlavə, İran xalqı aylardır anti-Azərbaycan təbliğatına məruz qalır, Tehran rejimi qonşunu “sionist dövlət” adlandırır, münaqişə və nifrəti qızışdırır.

Məqalədə sonra qeyd olunub ki, İran sülhpərvər regional əməkdaşlığı davam etdirmək fürsətindən istifadə etmək əvəzinə, getdikcə daha çox qarşıdurma yaradan, psixotik xarici və daxili siyasətə keçib.

Yazıda həmçinin İranın strateji obyektlərinə edilən dron hücumlarına da toxunulub. Vurğulanıb ki, İran özünün nüvə siyasətini konstruktiv müzakirələrdən imtina edərsə, heç şübhəsiz, bu dəfə daha şiddətli hücumlar olacaq.

“Odesskiy Kuryer” xəbər portalında isə rus dilində dərc edilən “Yenidən müharibə?” (И снова война?) sərlövhəli məqalədə də ölkəmizin Tehrandakı səfirliyində törədilən terror aktına geniş yer ayrılıb.

Müəllif vurğulayıb ki, Azərbaycana qarşı siyasət İran üçün ABŞ-la qarşıdurmadan daha acınacaqlı nəticələr verə bilər. Fakt budur ki, İranda 30 milyona qədər etnik azərbaycanlı yaşayır.

Diqqətə çatdırılıb ki, xarici diplomatların öldürülməsi İranın ənənəvi “qonaqpərvərliyi”dir. Buna misal olaraq 1829-cu ildə rus elçisi Qriboyedovun faciəli ölümü və 1979-cu ildə Tehrandakı Amerika səfirliyində girov götürülməsi ilə bağlı faktları xatırlamaq kifayətdir.

Məqalədə həmçinin Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun səfirliyə silahlı hücumla bağlı jurnalistlərə açıqlamasına istinadla qeyd olunub ki, Vyana Konvensiyasına əsasən, səfirliyin yerləşdiyi ölkə təhlükəsizliyə cavabdehdir. Ona görə də terror aktına görə məsuliyyəti İran daşıyır. Rəsmi Bakı Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyi barədə İran hakimiyyətini dəfələrlə xəbərdar edib, çünki müəyyən risklər var idi. Lakin baş verənlər göstərdi ki, İran hakimiyyəti Azərbaycanın xəbərdarlıqlarına məsuliyyətlə yanaşmayıb.скачать dle 10.6фильмы бесплатно


203

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.