• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Paytaxtın Uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirilib

22-02-2023, 14:30 | Baxılıb: 254
“Paytaxtın Uşaq evlərində “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirilib


Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində Bakıdakı 1 və 2 nömrəli Uşaq evlərində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Bizim Ulu Öndərimiz” adlı tədbirlər keçirilib.
Uşaq evlərindəki tədbirlərin əvvəlində iştirakçıların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun iştirakı ilə uşaq evlərindəki tədbirlərdən danışıblar. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Ölkəmizdə uşaq siyasətinin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan uşaqları hər il Heydər Əliyevlə olan görüşlərindən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən danışıb və ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu gün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.
Tədbirlərdə uşaq evlərinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə, Azərbaycana, Şanlı ordumuza həsr olunan şerlər və mahnılar səsləndirildi, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər.


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətiскачать dle 10.6фильмы бесплатно


254

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.