• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Exaudi” saytında Azərbaycan həqiqətləri haqqında müsahibə dərc edilib

23-02-2023, 09:30 | Baxılıb: 170
““Exaudi” saytında Azərbaycan həqiqətləri haqqında müsahibə dərc edilib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Exaudi” saytına müsahibə verib.

Diaspor.info xəbər verir ki, səfir ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasının Azərbaycan ilə Vatikan arasında əlaqələrin tarixi bir məqamını təcəssüm etdirdiyini, uğurlu münasibətlər kontekstinə siyasi dialoqdan tutmuş mədəniyyətin və onun irsinin qorunmasına, elm və təhsil sahələrinin aid olduğunu bildirib. Deyib ki, ötən il Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib, bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Müqəddəs Tax-Taca rəsmi səfərləri olub, həmçinin Papa II İohan Pavel və Papa Fransisk Azərbaycana səfər ediblər.

İ.Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin inkişafına Heydər Əliyev Fondu tərəfindən mühüm təkan verildiyini qeyd edib. Xatırladıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illərdə bir neçə dəfə Müqəddəs Taxt-Taca səfər edib. Onun təşəbbüsü ilə Vatikanda mədəni və bədii irsin mühüm nümunələrinin bərpası layihələri həyata keçirilib.

Səfir multikulturalizmin dövlət siyasətinin bir hissəsini təşkil etdiyini, Azərbaycanın dünyəvi ölkə olduğunu və Konstitusiyanın bütün dinlərin nümayəndələri üçün bərabər hüquqlara zəmanət verdiyini bildirib. Azərbaycandakı müxtəlif dinlərə mənsub insanların dinc yaşadığını qeyd edib.

Diplomat Laçın yolunun yalnız humanitar məqsədlər üçün açıq qaldığını, erməni tərəfinin iddialarının yalan olduğunu deyib, əsl həqiqətlərdən danışıb, azərbaycanlı ekofəalların təşkil etdikləri aksiyanın isə ölkəmizin ərazilərindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınmasına yönəldiyini qeyd edib. Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, qalan silahlı qüvvələrini ərazilərimizdən çıxarmağa, bütün mina xəritələrini təhvil verməyə və birgəyaşayış prosesinə başlamağa çağırdığını vurğulayıb.Otuz birinci ildönümü qeyd olunacaq Xocalı faciəsi haqqında məlumat verən səfir bildirib ki, bu soyqırımı nəticəsində 613 dinc sakin ermənilər tərəfindən öldürülüb.скачать dle 10.6фильмы бесплатно


170

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.