• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“The Korea Post” qəzeti Ermənistan-Azərbaycan normallaşma prosesindən yazıb

5-03-2023, 11:00 | Baxılıb: 239
““The Korea Post” qəzeti Ermənistan-Azərbaycan normallaşma prosesindən yazıb

Cənubi Koreyanın nüfuzlu qəzetlərindən biri olan “The Korea Post” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun müsahibəsini yayıb.

Diaspor.info xəbər verir ki, səfir R.Həsənov qəzetin əməkdaşının Azərbaycanın 2022-ci ildə müxtəlif sahələr üzrə inkişafına, cari ildə nəzərdə tutulan tədbirlərə və ölkənin prioritet sahələrinə, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinə, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə, ölkəmizdəki biznes və sərmayə mühitinə, turizm potensialına, habelə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair suallarını cavablandırıb.

Diplomat Azərbaycanın sosial-iqtisadi inkişafı, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji, nəqliyyat-logistika və digər sahələrin inkişafı istiqamətində görülən işlər, Ermənistanın 30 illik işğalı dövründə tamamilə dağıdılmış ərazilərdə hazırda həyata keçirilən yenidənqurma layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə avtomobil və dəmir yolunun, hava limanlarının inşası, Azərbaycanda “Şuşa İli”ndə (2022) keçirilmiş və “Heydər Əliyev İli”ndə (2023) keçirilməsi nəzərdə tutulmuş mühüm tədbirlər, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki artan rolu, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın tranzit imkanları, rəsmi İrəvanın Ermənistan-Azərbaycan normallaşma prosesindəki qeyri-konstruktiv mövqeyi və təxribatçı fəaliyyəti, azad olunmuş ərazilərdə mina problemi barədə danışıb.İki ölkə arasında ikitərəfli münasibətlərə toxunan səfir Azərbaycanın Cənubi Qafqazda Cənubi Koreyanın ən böyük ticarət tərəfdaşı olduğunu, son illər ticarət dövriyyəsində əhəmiyyətli artımın müşahidə olunduğunu, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində Cənubi Koreya şirkətlərinin fəaliyyət göstərdiyini deyib, işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində Koreya şirkətlərinin iştirakının da arzu olunduğunu vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


239

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.