• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Nüfuzlu “Daily Sabah” nəşri Azərbaycan könüllülərinin Türkiyədəki fəaliyyətindən yazıb

5-03-2023, 13:00 | Baxılıb: 186
“Nüfuzlu “Daily Sabah” nəşri Azərbaycan könüllülərinin Türkiyədəki fəaliyyətindən yazıb

Türkiyə mediası Azərbaycan gənclərinin qardaş ölkədə baş verən təbii fəlakət bölgələrindəki könüllü fəaliyyətinə dair informasiyalara geniş yer ayırmağa davam edir.

Gənclər Fondundan Diaspor.info-ya bildirilib ki, nüfuzlu “Daily Sabah” nəşrində ingilis dilində yayımlanan “Azərbaycandan olan könüllülər Türkiyəyə zəlzələdən xilas olmaqda köməklik edir” sərlövhəli məqalədə Türkiyənin ən yaxın müttəfiqlərindən biri olan Azərbaycanın faciədən sonra həm yardım, həm də axtarış-xilasetmə qrupları göndərərək ilk beynəlxalq dəstəkçilərdən biri olduğu xüsusi vurğulanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycandan olan ekipajlar axtarış-xilasetmə işlərini yekunlaşdırıb, lakin sağ qalanların yaralarını, xüsusən də psixoloji təsirlərini sağaltmaq üçün azərbaycanlı gənclər Türkiyədə könüllü kimi fəaliyyətini davam etdirir.

Məqalədə həmçinin zəlzələlərin episentri olan Kahramanmaraşdakı çadır şəhərciyində fəaliyyət göstərən Azərbaycandan olan könüllü gənclərin fikirlərinə geniş yer verilib. “Prezidentimizin çağırışı ilə 100 könüllüdən ibarət nümayəndə heyəti olaraq gəlmişik. Biz burada, Kahramanmaraşda, Adıyamanda və zəlzələdən zərər çəkən digər ərazilərdə könüllü olaraq fəaliyyətimizi davam etdiririk. Biz zəlzələdən əziyyət çəkən insanlara kömək edir, təbii fəlakətdən zərər çəkmiş uşaqlara qayğı göstəririk. Uşaqlar üçün əyləncəli tədbirlər təşkil edirik ki, onlarda travma yaratmış bu fəlakəti unutsunlar. Zəlzələlərlə bağlı xatirələri onların zehnindən tamamilə silə bilmərik, lakin onların yaşadıqlarının təsirini ən azından azalda bilərik. Biz onlara bu şokun öhdəsindən gəlməkdə kömək etməyə çalışırıq”, - deyə gənc könüllü Anar Əzizov “Daily Sabah”a bildirib.Xəbərdə digər könüllümüz Üzeyir Mustafayevin qardaş Türkiyənin yanında olduqlarını bildirdiyi qeyd edilib. “Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirinə dedi ki, biz bir yumruq, bir ürək, bir canıq və bu, bizim şüarımıza çevrildi. Biz səninləyik, Türkiyə”,- deyə Üzeyir Mustafayevin fikirləri ilə nüfuzlu “Daily Sabah” nəşri məqaləni sonlandırıb.скачать dle 10.6фильмы бесплатно


186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.