• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ HESABAT VERİB.

7-03-2023, 12:38 | Baxılıb: 2 097
“İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ HESABAT VERİB.




Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Milli Məclisdə ötən ilin hesabatını təqdim edib.
Məlum olduğu kimi Dövlət başçısının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Səbinə Əliyeva Ombudsman seçilmişdir. Ombudsman Səbinə Əliyevanın fəaliyyətinin birinci ildönümü ərəfəsində tariximizə qızıl hərflərlə yazılmış “Vətən Müharibəsi” başlandı. Xəyanətkar qonşumuz olan ermənilər, müharibəni döyüş meydanında deyil, dinc əhalinin yaşadığı şəhərlərdə aparırdılar. İnsanlığa sığmayan bu hərəkətləri dünyaya çatdırmaq üçün Ombudsman aparatının və şəxsən Səbinə Əliyevanın xidmətləri danılmazdır. Belə ki, Səbinə xanım raket atəşinə məruz qalmış Gəncə və Bərdə şəhərlərində olaraq, hadisə yerindən insanlığa sığmayan erməni vəhşiliyinə etiraz olaraq bəyanatlar verdi. Burada söhbət təkcə operativlikdən getmir, şəxsi nüfuz da böyük rol oynayırdı.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Belə ki, Səbinə xanımın beynəlxalq tədbirlərdəki savadlı çıxışları, hadisələrə operativ reaksiyası onun fəaliyyətində ayrıca bir imic yaratmışdır. 44 gün davam edən “Vətən Müharibəsi” zamanı da, xanım ombudsmanımız həmişə yaralı döyüşçülərimizin və şanlı tarix yazan əsgərlərimizin yanında oldu. Səbinə xanım bunu görüntü üçün deyil, bir xanım, Ana və ən nəhayət vəzifə borcu kimi edirdi.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Qısa bir zamanda qazandığı şəxsi nüfuzundan da, istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya daha operativ və dürüst çatdırılmasında göstərdiyi xidmətləri danılmazdır.
Ombudsman və onun aparatı bu gün xalqımız və dövlətimizin çox həssaslıqla yanaşdığı şəhid ailələri, qazi və müharibə iştirakçılarına da göstərdiyi diqqət və qayğı yüksək səviyyədədir.



İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Qardaş ölkə Türkiyə ombudsmanı ilə əməkdaşlıq da yüksək səviyyədədir desək, yanılmarıq. Qardaş ölkədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişənlərə, evsiz-eşiksiz qalan qardaşlarımıza dəstək olaraq Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib.
Ombudsman Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşü zamanı güclü zəlzələ nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və genişmiqyaslı dağıntılarla bağlı dərin təəssüf hissi duyduğunu qeyd edib.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


S.Əliyeva Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin sarsılmaz olduğunu, Türkiyədə baş vermiş faciəvi hadisədən sonra Azərbaycan tərəfindən həm dövlət, həm də xalq səviyyəsində göstərilən həmrəylik və dəstəklə bu faktın bir daha sübut olunduğunu vurğulayıb.
Bir ziyalı kimi xüsusilə qeyd etmək istəyirəm ki, illər öncə İlham Əliyev Milli Məclisin deputatı olduğu zamanlarda Avropa parlamentindəki və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda keçirilən görüşlərdə ingilis dilində etdiyi çıxışları zamanı təkcə özünə deyil, həm də Azərbaycan dövlətinin imicinə böyük nüfuz gətirmişdi.



Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva da, beynəlxalq tədbirlərdə etdiyi çıxışları zamanı təkcə özünə deyil, həm də dövlətimizin imicini daha da yüksəldir. Dövlət başçısı İlham Əliyevin Avropa və dünyadakı nüfuzu onun komandası tərəfindən də, yüksək səviyyədə qorunmaqdadır, desək yanılmarıq.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Xanım Əliyevanın Milli Məclisdə təqdim etdiyi ötən ilin hesabatını oxucularımıza da, təqdim edirik: 2022-ci ildə Ombudsmanın ünvanına 28.525 müraciət daxil olmuşdur. Həmin müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada baxılmış, onların həlli istiqamətində aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, o cümlədən Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət qurumlarına müraciətlər edilmiş, təklif və tövsiyələr verilmiş, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquqların bərpasına nail olunmuşdur. Bununla yanaşı, ərizəçilərə müraciətləri ilə əlaqədar hüquq və vəzifələri barədə çoxsaylı izahatlar verilmişdir.
Qeyd etmək istərdim ki, vətəndaşların layiqli həyat səviyyəsinin və rifah halının yüksəldilməsi məqsədilə onların məşğulluğunun təmin edilməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir. “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər təklif olunmuş və barəsində elektron göndəriş formalaşdırılmış vətəndaşlar bir çox hallarda həmin göndərişin verildiyi müəssisələrə müraciət edərkən müvafiq ştat vahidinin vakant olmadığı əsas gətirilərək imtina cavabı alırlar ki, bu da əsaslı şikayətlərə səbəb olur. Odur ki, məşğulluq orqanları vətəndaşın işlə təmin edilməsi prosesini nəzarətdə saxlamalı, vakant iş yerləri ilə bağlı işəgötürənlər tərəfindən təqdim edilən məlumatların formal xarakter daşımasının qarşısı alınmalı, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməli, vətəndaşlara verilən imtina cavablarının səbəbləri araşdırılaraq nəticəsindən asılı olaraq ciddi tədbirlər görülməlidir.
Kiçik sahibkarlığa həvəs göstərən vətəndaşların şəxsi və ailə biznesini qurması yönümündə təşəbbüslərinin özünüməşğulluq proqramının genişləndirilməsi vasitəsilə dəstəklənməsi, illik məruzədə öz əksini tapmış problemlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədəmüvafiqdir.

İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac vardır. Bu məqsədlə həmin yardımın təyin olunması zamanı istismara yararsız nəqliyyat vasitəsinin, kommunal və rabitə xərcləri məbləğinin nəzərə alınmaması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, habelə beşdən çox uşağı olan qadınlara verilən müavinətin cari transfertlər siyahısından çıxarılması zəruridir. Əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsinə ehtiyac vardır. İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının növlərinin və əvəzedicilərinin sayının artırılması, ehtiyacı olan insanların, xüsusilə aztəminatlı şəxslərin dərman vasitələrinin qiymətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir.
Dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Təhsil hüququnun təmin edilməsinin mühüm elementi kimi orta məktəb şagirdlərinə verilən əsas tədris vəsaitləri ilə yanaşı, tədris proqramının ayrılmaz tərkib hissəsi olan əlavə tədris vəsaitlərinin də dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə məktəblərdə psixoloq ştatlarının artırılması, müəllim-şagird münasibətlərində, pedaqoji heyət daxilində yarana biləcək mübahisələrin effektiv həlli məqsədilə təhsil sistemində mediasiya institutunun bu və ya digər müsbət beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasına ehtiyac vardır.
Respublikanın bir sıra bölgələrində havaların daha tez soyuması nəticəsində məktəblərin isidilməsində yaranan problemlər şagirdlərin səhhətinə neqativ təsir göstərməklə yanaşı, davamiyyətin aşağı düşməsinə səbəb olur ki, bu da təhsil hüququnun səmərəli təmin olunmasına imkan vermir. Odur ki, həmin təhsil müəssisələrində qış mövsümünə keçidin müəyyən edilmiş tarixlər üzrə deyil, hava şəraitinə uyğun tətbiq olunması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi daha məqsədəmüvafiqdir.
İnsanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, xüsusilə tikintisi aparılan bina və qurğuların yaxınlığında, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.
Yaşayış yeri olmayan və Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanlarının ünvanı üzrə qeydiyyata götürülərək şəxsiyyət vəsiqəsi ilə təmin edilən bəzi vətəndaşlardan daxil olan müraciətlərdə onlara məxsus şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin aktiv olmadığı, şəxsiyyət vəsiqəsinin statusunun deaktiv edildiyi hallarla bağlı aparılmış araşdırmalar nəticəsində həmin vətəndaşların hüquqları təmin edilmişdir. Bununla belə, qeyd edilən məsələ problem olaraq qalmaqdadır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi və əksinə, şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin asanlaşdırılması, maneələrin aradan qaldırılması məqsədilə müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilməsi zəruridir.
Hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı diqqət çəkən məqamlar sırasında məhkəmə bildirişinin tərəflərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməməsi, nəticədə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaradılmaması, məhkəmə qərarının surətinin tərəflərə vaxtında göndərilməməsi və bununla da yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun məhdudlaşdırılması, məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin qənaətbəxş olmaması qeyd edilməlidir. Borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması, bununla bağlı Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması mövcud şikayətlərin həllində əhəmiyyətlidir.
“İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı icraata qəbul edilmiş şikayətlər üzrə aparılmış araşdırmalar zamanı informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, habelə qanunla müəyyən edilmiş digər subyektlər tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmişdir.
Bəzi hallarda inzibati xəta haqqında iş üzrə icraat prosesində informasiya sahibləri tərəfindən ərizəçilərin sorğusuna fərqli və əsaslandırılmamış cavabların verilməsinin məhkəmələr tərəfindən araşdırılmadığı, eyni zamanda inzibati xətanın törədilməsi faktının və inzibati məsuliyyətdən azadetməyə dair qanunvericiliyin tələblərinin nəzərə alınmadığı da müəyyən olunmuşdur. Hesab edirəm ki, qeyd olunan məsələlərə diqqətin artırılması, informasiya sahibləri barəsində inzibati tənbeh tədbiri ilə yanaşı, informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üzrə öhdəliyin inzibati qanunvericilikdə müəyyən edilməsi zəruridir. Məhkəməyədək cinayət prosesi iştirakçılarının və digər şəxslərin hüquqlarının müdafiəsi istiqamətində prokurorluq, daxili işlər və digər qurumlarla əməkdaşlıq davam etdirilmişdir. Şikayətlərdə vətəndaş müraciətlərinə qanunla müəyyən edilmiş müddətlərdə baxılmaması, ibtidai araşdırmanın və ya istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi və ya iş üzrə icraatın dayandırılması, şikayətlə bağlı prosessual qanunvericiliklə müəyyən olunmuş müvafiq qərarlardan birinin qəbul edilməsi əvəzinə, həmin şikayətin dəftərxanada işə alınması, ibtidai istintaqın gedişi ilə bağlı cinayət prosesi iştirakçılarının qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmaması kimi hallar öz əksini tapmışdır.
Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilmişdir. Bu başçəkmələr zamanı 2.025 şəxslə konfidensial görüş keçirilmişdir. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olmuşdur. Həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilmiş, müraciətləri dinlənilmiş, bir çox məsələlər yerində həll edilmiş, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilmişdir. Məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətləri nəzərə alınaraq, müntəzəm şəkildə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər edilmişdir.
Fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilmişdir.
Ombudsmanın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə təşkil edilmiş beynəlxalq əhəmiyyətli tədbirlərlə yanaşı, Ombudsmanın və aparat əməkdaşlarının xarici ölkələrdə keçirilmiş beynəlxalq tədbirlərdə iştirakı insan hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübə mübadiləsi, Azərbaycan həqiqətlərinin, o cümlədən Ermənistanın etnik təmizləmə və nifrət siyasəti nəticəsində öz ata-baba yurdundan qovulan, ev-eşiyindən, əmlakından məhrum edilən, Azərbaycanda məskunlaşan soydaşlarımızın hüquqlarının müdafiəsi məsələlərinin təbliği və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olmuşdur.
Ombudsman təsisatının 20 illik yubileyi münasibətilə Türkiyə, Pakistan, Çin, İran, Qazaxısan, Özbəkistan, Qırğızıstan Macarıstan, Mərakeş, İndoneziya, Yaponiya, Koreya, Moldova, Honq Konq və Şimali Kipr ombudsmanları və milli insan hüquqları təsisatlarının rəhbərlərinin, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Bakı Beynəlxalq Konfransının keçirilməsi, Bakı Bəyannaməsinin qəbul edilməsi mühüm əhəmiyyət daşımışdır.
İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİL  SƏBİNƏ ƏLİYEVA MİLLİ MƏCLİSDƏ  HESABAT VERİB.


Konfrans çərçivəsində Mərakeş Krallığının Ombudsmanı və İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.
Azərbaycan Ombudsmanının təşəbbüsü əsasında Asiya Ombudsmanlar Assosiasiyasının, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının, habelə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının növbəti iclaslarının Bakıda keçirilməsi müstəsna əhəmiyyət kəsb etmişdir.
İşğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar nəticəsində əldə olunan dəlil və sübutlar, aşkar edilmiş kütləvi məzarlıqlar Ermənistan hakimiyyətinin cinayətkar üzünü ifşa edən, həmin ərazilərdə törədilmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə cavabdeh olan Ermənistanın ədalət mühakiməsinə cəlb olunması zərurətini yaradan materiallar əsasında Ombudsman tərəfindən hazırlanmış hesabatlar aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına göndərilmişdir. Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı Ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətində həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi də diqqətə çatdırılmışdır.
İşğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında Ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında beynəlxalq təşkilatlara xüsusi hesabatlar göndərilmişdir. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstək ifadə edən Ombudsman dünya ictimaiyyətini insan hüquqlarının müdafiəsinə xidmət edən bu aksiyaya dəstək verməyə çağırmışdır. Türkiyə Respublikasının Baş Ombudsmanı, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası prezidenti cənab Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Şuşa, Ağdam və Tərtərdə həyata keçirilən yerində araşdırmanın nəticələrinə əsasən, Ermənistan tərəfindən törədilmiş insan hüquq pozuntularına beynəlxalq səviyyədə qiymət verilməsi və işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə hazırlanan hesabat 2022-ci ilin may ayında Türkiyənin Ankara şəhərində ictimaiyyətə təqdim olunmuşdur.
Beləliklə, insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələrlə səlahiyyətli dövlət qurumlarına müraciətlər edən Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi, əhalinin hüquqi maarifləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, habelə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini inkişaf etdirməkdədir. Bununla yanaşı, bu il Ombudsmanın Qərbi Azərbaycan İcması ilə səmərəli əməkdaşlığı da prioritet istiqamətlərdən birini təşkil edəcəkdir.
Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları və görüşlər müntəzəm davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir. Əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə illik məruzədə öz əksini tapmış təklif və tövsiyələrin ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində öz həllini tapması insanların layiqli həyat şəraitinin təmin olunmasına, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir. Ombudsman etimad göstərərək, problem və çətinlikləri ilə bağlı müraciət edən insanlara, həmçinin pozulmuş insan hüquqlarının bərpası istiqamətində əməkdaşlıq edən dövlət qurumlarına, habelə insan hüquqlarının müdafiəsi işinə öz töhfəsini verən vətəndaş cəmiyyəti institutlarına öz təşəkkürünü bildirib.

Ombudsman çıxışının sonunda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva başda olmaqla ölkəmizin bütün qadınlarını, xanım millət vəkillərini qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Əlmaniz ƏLƏKBƏRLİ
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü








скачать dle 10.6фильмы бесплатно


2 097

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək
Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"
Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb
Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib
Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər
Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Prezident: Azərbaycan dövləti Laçına qayıdacaq keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək

Prezident İlham Əliyev: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq"

Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları şəhid Orucov Kinyazın ailəsini ziyarət ediblər

Azərbaycan xalçaları və xalça toxuculuğu ənənələri Vaşinqtonda nümayiş olunur

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Ekoaksiyanın 107-ci günü: Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.