Erməni spikerin öz ölkəsində yaşayan milli azlıqları və guya onlara verilmiş hüquqları sadaladığını vurğulayan Sahibə Qafarova azərbaycanlıların əsrlər boyu məskunlaşdıqları indiki Ermənistandan bir neçə mərhələdə zorla qovulmasını, 1980-ci illərin sonunda baş vermiş sonuncu mərhələnin 300 mindən çox azərbaycanlının qovulması ilə nəticələndiyini qeyd etməməsinin təəccüb doğurduğunu bildirib.
İndiki Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun olduğunu deyən spiker bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq aktlarda təsbit edildiyini vurğulayıb. Ermənistan həmin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına şərait yaratmalı və qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməlidir.çəkinməyib. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın 25 minə yaxın erməni əsilli vətəndaşlarının hamısı digər vətəndaşlarımızla bərabər hüquqlardan istifadə edəcək. Azərbaycanın yaxşı tanınan multikultural və tolerant siyasəti və ənənələri buna əmin olmağa imkan verir.
Ermənistan parlamenti spikerinin Laçın yolunun guya “blokada” olunması ilə bağlı əsassız iddialarını tamamilə rədd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Laçın yolu bütün mülki və humanitar nəqliyyat vasitələrinin maneəsiz keçidi üçün açıqdır və bu fakt ərazidə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunur.
Sahibə Qafarova Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini, eyni zamanda, öz vətəndaşlarının hüquqlarının həyata keçirilməsini və legitim tələblərinin yerinə yetirilməsini təmin etmək öhdəliyinə sadiq olduğunu vurğulayıb.