• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Ombudsmanı Cenevrədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının növbəti illik iclasında iştirak edib

16-03-2023, 17:30 | Baxılıb: 202
“Azərbaycan Ombudsmanı Cenevrədə Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının növbəti illik iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Qlobal Alyans tərəfindən təşkil olunmuş illik iclasa 200-ə yaxın milli insan hüquqları təsisatının rəhbər və əməkdaşları, habelə BMT-nin müxtəlif struktur bölmələrinin rəhbərləri və ekspertləri qatılıblar.
Qlobal Alyansın illik iclasında insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş fəaliyyət barədə ümumi təqdimatlar dinlənilib və qarşıda duran məsələlər diqqətə çatdırılıb. İclasda iqlim dəyişikliyi, əlilliyi olan şəxslər və ahılların hüquqlarının müdafiəsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirə aparılıb və 2023-2027-ci illər üzrə Strateji Plan qəbul olunub. Daha sonra milli insan hüquqları təsisatları arasında işgəncə və pis rəftar hallarının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi aparılıb. Azərbaycan Ombudsmanının milli preventiv mexanizm mandatı çərçivəsində həyata keçirilən başçəkmələr, milli preventiv qrupun tərkibində psixoloq, sosial işçi və vətəndaş cəmiyyəti nümayəndələrinin yer alması barədə məlumatlar, habelə məhkumların islah edilməsi və cəmiyyətə gələcək inteqrasiyası istiqamətində irəli sürülmüş təkliflər diqqətə çatdırılıb.
İllik iclasın yekununda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 və Milli İnsan Hüquqları Təsisatlarının Statusuna dair Paris Prinsiplərinin 30 illik yubileylərinə həsr edilmiş konfrans baş tutub.
İclas çərçivəsində Azərbaycan Ombudsmanı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri, Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının və bu qurumun Akkreditasiya üzrə Alt Komitəsinin rəhbərləri, həmçinin Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin sədri və baş katibi ilə görüşlər keçirib. Görüşlər zamanı Ombudsman təsisatının fəaliyyətinin Paris Prinsiplərinə tam uyğunlaşdırılması, Qlobal Alyansın Akkreditasiya üzrə Alt Komitəsinin verdiyi tövsiyələrin icrası və mandatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə məlumat verilib. Təsisatın fəaliyyəti ilə bağlı çap materialları və Ombudsmanın Vətən müharibəsindən başlayaraq beynəlxalq hüququn pozulması faktlarına dair hazırlanmış hesabat, bəyanat və müraciətlərinin toplusu görüş keçirilmiş rəsmilərə təqdim edilib.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.