• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vətənə sevginin şəhid Sədi Musayev nümunəsi

17-03-2023, 21:30 | Baxılıb: 317
“Vətənə sevginin şəhid Sədi Musayev nümunəsi

Şamxal Nağıyev: “2017-ci il idi. Dayım Sədiyə zəng vurdum ki, bəs gəlirəm Bakıya. Dedi, gəl. Sonra Füzuliyə - Horadiz qəsəbəsinə yola düşdüm. Bir neçə gün qaldım onlarda. Bir gün mənə zəng vurdu ki, hazırlaşın, gəlirəm sizi aparam gözəl bir məkana. Və bir azdan da gəldi, mən və oğlu Süleymanı götürüb apardı Lələtəpəyə - müqəddəs məkan adlandırdığı o zirvəyə. Qürurluydu Lələtəpənin azad olunduğuna görə. Axı o özü də oranın alınmasında böyük şücaət göstərmişdi, mərdliklə vuruşmuşdu. Bütün torpaqlarımızın azad ediləcəyinə böyük inam bəsləyirdi. Dedi ki, az qalıb, bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmağına. O gün bir daha anladım ki, dayım öz torpağına necə də vurğundu, onun azadlığı üçün canından keçməyə hazırdı. O, Vətəninin hər qarışını müqəddəs hesab edirdi və müqəddəs torpaqlarımız uğrunda da canından keçdi – şəhidlik mərtəbəsinə yüksəldi”.

Polkovnik-leytenant Sədi Musayev ömrünün 24 ilini Vətənə xidmətlə keçirdi. 1978-ci ilin 1 aprelində Kəngərli rayonunun Qıvraq qəsəbəsində başladığı ömür yolunu müqəddəs Qarabağ torpağının azadlığı uğrunda sonlandırdı. Hər bir insanın həyat amalı olur. Xüsusilə də qəhrəman xarakter və güclü iradə sahiblərinin həyatı bu amalla bağlı cərəyan edir. Sədi Musayevin həyat amalı isə Vətən torpaqlarının azadlığa qovuşması uğrunda mübarizədən ibarət idi. Elə bu səbəbdən idi ki, o, hərb sənətini seçmişdi. Və elə bu səbəbdən idi ki, o, fəaliyyətinin böyük bir hissəsini ön xətdə keçirmək istədi, düşmənin fəaliyyətini yaxından izlədi.
Sədi Musayevin məqsədi tez, ən tez bir zamanda düşmən üzərinə hücuma keçmək, onu darmadağın və məhv etmək üzərinə köklənmişdi. Bu qəhrəman Vətən övladı da yalnız və yalnız bu haqda düşünür, müvafiq tapşırıqları gözləyirdi. İlk dəfə belə bir tapşırıq Aprel döyüşlərində gəldi. Beləliklə, Sədi rəhbərlik etdiyi qrupla birlikdə düşmən üzərinə rəşadətlə hücum təşkil edən, Lələtəpə və ətraf ərazilərin düşmən işğalından azad edilməsində yüksək qəhrəmanlıq göstərən igid döyüşçülərdən oldu. Bu döyüşlərdə düşmən mərmisinə tuş gələrək yanan tankın içərisindən beş hərbçi yoldaşını çıxarmağı bacaran, hətta düşmənlə əlbəyağa döyüşən Sədi Musayev hələ o zamandan artıq hamının cəsur döyüşçü kimi tanıdığı bir zabitə çevrildi.

Aprel döyüşlərindəki qələbədən sonra Milli Ordumuz bütünlüklə işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandanın müvafiq əmrini gözləməyə başladı. Və gözlənilən gün 2020-ci ilin sentyabrın 27-də gəldi. Genişmiqyaslı hərbi əməliyyatların başlanılması və işğal altındakı əzəli torpaqlarımızda azadlığın təmin edilməsi göstərişini alan Azərbaycan Ordusu düşmənə qarşı güclü əks-həmlə hücumuna başladı. Tariximizə Vətən müharibəsi kimi daxil olan və qəhrəmanlıqlarla müşayiət olunan 44 günlük hərbi əməliyyatlara, beləliklə, start verildi. Müharibənin ən çətin mərhələsi 30 ilə yaxın bir müddətdə hazırlanan və keçilməz sədd adlandırılan düşmən müdafiə xəttinin yarılması idi. Bu səddin yarılmasında isə Sədi Musayev və onun rəhbərlik etdiyi qrup böyük şücaət göstərdi. İlk hücumdaca düşmənin müdafiə xətti yarıldı, düşmən geri çəkildi, qaçmağa üz qoydu. Artıq ordumuzun önü açılmışdı. Qarabağ torpağı igid oğullarımızın yolunu gözləyirdi. Amma təəssüf ki, müharibənin ən çətin mərhələsi hesab edilən müdafiə xəttinin yarılması uğrunda gedən döyüşlərdə Sədi Musayev 28 sentyabr 2020-ci il tarixində şəhadət şərbəti içdi. O, çox sevdiyi Vətəni, onun müqəddəs torpaqları uğrunda canından keçdi.

Ömrünün 24 ilini Vətənə xidmətin ən ali məqamı olan hərbçi sənətinə həsr edən Sədi Musayevin xidməti müddəti artıq 4 ilə yaxın idi ki, başa da çatmışdı. Ehtiyata buraxılma vaxtının üzərindən bir neçə il keçməsinə baxmayaraq, o, ömrünü həsr etdiyi ordusundan ayrıla bilməmişdi... Könül sevgidən necə ayrılsın?!.. Neçə dəfə demişdilər doğmalar, dost-tanışlar, ay Sədi, artıq bəsdi, çıx təqaüdə. Ailə-uşağın da üzünü görsün, sən də bir onlara vaxt ayır. Amma nə fayda?! Həmişə sözü bu olurdu: Yaxşı...

Şəhid anası Nəsibə Musayeva: “Sədi Vətənini çox sevirdi. Hərb sahəsinə isə dərindən bağlı idi. Zəng vururdum, Sədi, necəsən, nə edirsən?-deyirdim. Həmişə sözü bu olardı:

- Vətənimə qulluq edirəm.
Bir dəfə dedim ki, sən başqa cümlə bilmirsən? Dedi, bilirəm: - Vətənimin keşiyində dururam... Danışığımızda deyərdim, Sədi, bəsdi, neçə ildir, qulluq edirsən, daha bəsdi. Belə deyəndə isə bir cavab verərdi:

– Yaxşı. Mənə yox deyə bilmirdi, ona görə də bu sözü işlədirdi. Sədimin “Yaxşı”sında mən “Ana, məndən bunu istəmə, Vətənimə xidmətdən necə əl çəkim?!” düşüncəsini oxuyurdum. Daha üzərinə getmirdim”.

Bu gün İkinci Fəxri Xiyabanda qürurla yatan Sədi Musayevdən geriyə nümunəvi 43 illik ömür və 24 illik şərəfli hərbi xidmət qalır. Eyni zamanda, çox sayda medallar, təltiflər bu qəhrəman Vətən övladının geriyə buraxdıqlarındandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qüsursuz xidmətə görə” II və III dərəcəli medallar, Azərbaycan Silahlı Qüvəllərinin 90, 95 və 100 illik yubiley medalları, şəhadətə ucaldıqdan sonra isə “Vətən uğrunda” medalı, “Azərbaycan bayrağı” ordeni və “Füzulinin azad olunmasına görə” medalı Sədi Musayevin qəhrəmanlıqlarla dolu zabitlik həyatının qürur səhifələrini təşkil edir.

Sədi Musayev şəhadət şərbətini içsə də, onun ruhu şaddır. Çünki həyat amalına çevirdiyi torpaqlarımızın azadlıq məsələsi indi artıq öz həllini tapmışdır. Qarabağımızda, ətraf rayonlarımızda üçrəngli bayrağımız dalğalanır. Kim bilir, bəlkə də, Sədinin ruhu da işğaldan azad olunan torpaqlarda gəzir, uca zirvələrdən gözəl Qarabağımızın seyrinə dalıb...

Anar Qasımov

“Yeni həyat“ qəzetiскачать dle 10.6фильмы бесплатно


317

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.