• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ümummilli Liderin 100 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi keçiriləcək

19-03-2023, 16:00 | Baxılıb: 203
“Ümummilli Liderin 100 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi elan edib.

İnstitutdan Diaspor.info-ya bildirilib ki, layihə müasir təhsil sisteminin əsas strateji məqsədlərini nəzərə alaraq təşkil edilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mikrobiologiya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, yaradıcı təfəkkürün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılmasıdır.

Məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı mövzuda keçiriləcək müsabiqədə respublikamızın ümumtəhsil məktəb və liseylərində təhsil alan V və XI sinif şagirdləri mikroorqanizmlərin (bakteriya və göbələklər) ekologiyası, təbiətdə və insan həyatında rolu, quruluşu, xeyirli və zərərli təsirlərinə və digər xüsusiyyətlərinə həsr olunmuş əl işləri ilə (rəsm, maket, tikiş, heykəl) iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri aprelin 24-dək qəbul edilir.

Müsabiqəyə təqdim edilmiş işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I, II və III yerin qaliblərinə diplom və pul mükafatı, əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək. Müsabiqədə xüsusi seçilən şagirdlərin müəllimlərinə diplomlar, çalışdıqları təhsil müəssisəsinə təşəkkürnamənin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələri mayın 3-də Mikrobiologiya İnstitutunda təşkil olunacaq yekun iclasda açıqlanacaq.скачать dle 10.6фильмы бесплатно


203

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.