• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azad edilmiş torpaqlarda Novruz tonqalları yandırılıb

22-03-2023, 13:30 | Baxılıb: 253
“Azad edilmiş torpaqlarda Novruz tonqalları yandırılıb

Azad edilmiş torpaqlarda Novruz tonqalları yandırılıb

Mart ayının 18-də, xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Talış kəndinə gələrək işğaldan azad edilən dövr ərzində burada görülən işlərlə tanış olublar.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Talış kəndində yüksək nöqtələrdən birində bu ərazinin işğaldan azad olunduğu gün Müzəffər Ali Baş Komandan tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu Xatirə daşı yerləşdirilib.
Talış kəndinin işğaldan azad edilməsi, bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi. Müharibənin ilk günlərində qazanılan uğurlar isə sönrakı günlərdə davam etdirildi. Qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də uğurlu addımlar atır, mühüm layihələr həyata keçirir. Təbii ki, bu layihələrin mərkəzində də işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsi dayanır.
Qeyd edilib ki, keçən vaxt ərzində görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Kənddə inzibati bana, 78 yerlik yeni mərtəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə üçün fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq talış kəndinə 20 ailə qayıdaraq burada Novruz bayramıçı qeyd ediblər.
Müharibədəki qalibiyyətimizdə olduğu kimi, bu işlərin mərkəzində də Prezident-xalq birliyi dayanır. Məhz bu birlik, məhz xalqımızın Prezidentə verdiyi dəstək sayəsində necə ki, müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə uğurlu addımlar atırıq. Elə Prezident də Talışda olarkən bir daha xalq dəstəyini gündəlik fəaliyyətində hiss etdiyini vurğuladı.
Vətən müharibəsindəki tarixi Zəfərdən sonra azad edilmiş ərazilərdəki ilk Novruz tonqalını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə alovlandırıb. 2022-ci ildə Novruz tonqalı Suqovuşanda, bu dəfə isə Talışda qalandı. Bu yerlər heç də təsadüfən seçilməyib. Çünki, strateji təyinatlı Suqovuşan və Talış istiqamətindəki Tərtər döyüşləri, o cümlədən hərbi dərsliklərdə öyrənilən Şuşa döyüşləri Vətən müharibəsinin taleyini həll edib.
İşğaldan azad edilən torpaqlarda yandırılan bu tonqallar həm də quruculuq, tikinti işlərinin bir simvoluna çevrilib. O mənada ki, Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Böyük Qayıdış başlayıb, Zəngilanın Ağalı sakinləri artıq doğma yurd yerlərinə köçüb, indi Talış sakinlərinin qayıdışı başlayıb, yaxın aylarda Laçın sakinləri də bu sevinci yaşayacaq. Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Bu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycandır. Qısası, hər yandırılan tonqal işğaldan azad edilmiş ərazilərdəki yeni quruculuğun, tikinti işlərinin və abadlığın müjdəçisidir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно


253

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.