• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kənan Məstəliyev: Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik

16-04-2023, 18:00 | Baxılıb: 250
“Kənan Məstəliyev: Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik

Bayrağımıza qarşı hörmətsizliyi heç cür qəbul edə bilmərik. Bizə təhlükəsizlik təminatı verən tərəf, həmin dövlətin başçısının beş addım uzaqlığında dayandığı yerdə öz qonağının bayrağı yandırılır və buna bir reaksiya verilmir. Bundan sonra həmin bu barbarlığı, vandallığı edən şəxsi Ermənistan ictimaiyyəti alqışlayırlar, onu cəzaçəkmə müəssisəsindən buraxırlar. Bu, yolverilməzdir. Bu onu göstərir ki, ermənilər hələ də sülh istəmirlər, Azərbaycana qarşı nifrətləri var, irqçilik, ksenofobiya, Azərbaycanofobiya var. Ona görə biz qərara gəldik ki, orada qalmayaq, ölkəni tərk edək. Biz xalqımızın dəstəyini sonadək hiss edirdik. Bilirdik ki, Azərbaycan bizim yanımızdadır. Baxmayaraq ki, istər onların yerli hakimiyyət nümayəndələri, istərsə də Avropa Ağır Atletika Federasiyası, istərsə də Beynəlxalq Ağır Atletika Federasiyası bizi yarışda iştirakımızı davam etdirməyə çağırırdılar. Amma biz bunu qəbul edə bilməzdik. Diaspor.info xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev jurnalistlərə müsahibəsində bildirib.

O deyib: “Biz İrəvandakı yarışda ancaq Türkiyə yığmasının dəstəyini gördük. Biz eyni mərtəbədə mehmanxanada qalırdıq, ünsiyyətdəydik. Onlar bizə ilk anda da dəstəklərini, yanımızda, bizimlə həmrəy olduqlarını bildirdilər. Düşünürəm ki, bu bilərəkdən edilən bir addım ola bilər. Çünki daim internetin olmasına baxmayaraq, həmin hadisənin baş verdiyi zaman internet kəsildi. Bizə də qəribə gəldi, çünki internetdə problem yox idi. Ermənilər televiziyada bayrağımızın yandırılması epizodunu bilərəkdən göstərməmişdilər. Bir müddət sonra biz hadisənin sosial şəbəkələrdə yayıldığını gördük. Biz o anda internetin niyə kəsildiyini anladıq. Yəqin ki, bu hadisənin yayılmasının qabağını almaq üçün kəsmişdilər.

İrəvanda bizim erməni ictimaiyyəti ilə birbaşa təmasımız olmadı. Biz Tbilisiyə getdik. Orada bizi qarşı tərəfin təhlükəsizlik orqanları qarşıladılar və İrəvanadək gətirdilər, oradan da otelə getdik. İlk gün bütün günü oteldə qaldıq, çölə çıxmadıq. Növbəti gün, aprelin 14-də cəmi bir dəfə çölə çıxdıq - müşayiətlə məşqə gedib-qayıtdıq. Düşündük ki, biz yarışda olmaya-olmaya bu addımı atdılarsa, bayrağımızı yandırırlarsa, yarışda necə olacaq? Bizim idmançılar da gənc olmalarına baxmayaraq, Azərbaycanın gələcəyidirlər. Onların böyük qələbələri hələ qabaqdadır. Onlar Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar. Düşündük ki, onların psixoloji vəziyyətini nəzərə alaraq geri qayıdaq. Orada qalmağın heç bir əhəmiyyəti yox idi”.

Kənan Məstəliyev bildirib ki, erməni atletlər idmançılarımızdan çəkinmişdilər: “Yarışın açılış mərasimi günündə günorta biz komanda ilə ilk və yeganə məşqə getdik. Komandamız dörd nəfərdən ibarət idi. Biz adətən belə yarışlardan əvvəl maksimal çəkiləri qaldırırıq və gücümüzü göstəririk. Biz orda göstərdiyimiz çəkilərdən daha yaxşısını məşqdə edirik. Bu o deməkdir ki, biz yarış vaxtı daha çoxunu edəcəkdik. Biz yarışı yekunlaşdırmağa az qalmış Ermənistan yığması həmin məşq zalına gəldi. Mən belə başa düşdüm ki, onlar bizim idmançıların qızıl medal qazanma imkanlarını gördülər. Böyük ehtimalla sonra baş vermiş bayraq yandırmaq hadisəsinin də səbəbi budur”.скачать dle 10.6фильмы бесплатно


250

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.