• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

XİN: "Girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”ni qınayırıq"

9-05-2023, 09:00 | Baxılıb: 176
“XİN:

Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq.
Diaspor.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir.

Şərhdə deyilir: "Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama "məhkəmə prosesi" vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur.

Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir.

Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür.

Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir.

Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq".скачать dle 10.6фильмы бесплатно


176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.