• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan XİN nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb

9-05-2023, 13:00 | Baxılıb: 162
“Azərbaycan XİN nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Diaspor.info-nun məlumatına görə, bəyanatda deyilir:

"Bu gün dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür. 9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparan hər kəsin, o cümlədən müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirən qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyir, bir daha bütün dünyanı sarsıdan, beynəlxalq ictimaiyyəti kütləvi insan tələfatı və dağıntılarla nəticələnən müharibə təhlükələri ilə üzləşməmək naminə bu kimi tendensiyaların aradan qaldırılması istiqamətində əməkdaşlığa çağırırıq.

Nasizm üzərində qələbənin qazanılmasında müharibə illərində ön cəbhədə, o cümlədən arxa cəbhədə igidlik göstərən, 600 mindən çox oğul və qızını cəbhəyə yola salan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan xalqının rolu və xidmətləri danılmazdır. Bu xüsusda, qələbənin qazanılmasında göstərdiyi şücaətə görə 123 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Arxa cəbhədə xalqımızın fədakar əməyi, Qələbə naminə tam səfərbərliyi ön cəbhədə döyüşən orduya dəstəyin göstərilməsində, o cümlədən müharibədə qələbə qazanılmasında müstəsna əhəmiyyətə malik olub.Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları nasizmə qarşı aparılan mübarizədə qələbənin təmin olunmasında həlledici rol oynayıb. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Cəbhənin tələbatını ödəmək naminə gecə-gündüz çalışan neftçilərimizin əvəzsiz xidməti sayəsində istehsal olunan məhsullar müharibənin taleyində həlledici rol oynayıb.

Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır. Məhz 44 günlük Vətən müharibəsində xalqımız beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün bərpası naminə səfərbər olaraq Ermənistanın 30 ilə yaxın davam edən qeyri-qanuni hərbi işğalına son qoydu, bununla isə tariximizə Şanlı Zəfəri yazmağa müvəffəq oldu.

Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bir daha tariximizə şanlı qələbələr yazan qəhrəman soydaşlarımızı dərin hörmət və minnətdarlıqla yad edirik".скачать dle 10.6фильмы бесплатно


162

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.