Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi barədə bəyanat yayıb.
Diaspor.info-ya daxil olan bəyanatda deyilir:
"Bu gün biz bütün ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik.
Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış Heydər Əliyev xalqın mənafeyi naminə yorulmadan çalışan uzaqgörən dahi şəxsiyyət idi.
Qədirbilən Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini Ümummilli Lider kimi əziz tutması bu əvəzedilməz şəxsiyyətin öz dühası, zəngin mənəviyyatı və qeyri-adi iş qabiliyyətləri ilə bir rəhbər kimi xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxarması və onun təhlükəsizliyini və firavanlığını təmin etməsi ilə bağlıdır.
Çox çətin və şərəfli həyat yolu keçmiş Ulu Öndər Azərbaycan xalqının marağını həmişə hər şeydən uca tutmuşdur.
Heydər Əliyev kommunist ideologiyasının hakim olduğu SSRİ dövründə məlum ayrı-seçkiliyə baxmayaraq qeyri-adi peşəkar qabiliyyətləri və yorulmaz əməyi sayəsində nəinki özü bir azərbaycanlı kimi təhlükəsizlik orqanlarında ali rütbəyə yüksəlmiş, həm də çoxlu sayda azərbaycanlı kadrların hazırlanmasını təmin etmişdir.
azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.
Ümummilli Liderin layiqli davamçısı olan İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır".