• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev!

10-05-2023, 16:30 | Baxılıb: 106
“Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev!

Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu öndərimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail oldu. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji-siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firəvan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb. Bu gün müstəqil Azərbaycanın yaşamasına, dünyada qüdrətli bir ölkə kimi tanınmasına görə məhz Heydər Əliyevə borcluyuq. Ümummilli lider Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası barədə danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Bu gün ən mühüm tarixi məqam budur ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin son 20 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar müzəffər ordumuzun yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə itirilən torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Bu, həm də cənab Prezidentin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq ulu öndərimizin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub. Eyni zamanda, xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunub. Həmçinin Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi də möhtəşəm Zəfərin qazanılmasında mühüm amil oldu. Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşmişdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. Bu fakt da cəmiyyətimizin ən böyük uğurlarından biridir. Bu gün isə ölkəmizin qarşısında başqa mühüm vəzifələr dayanır. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Şübhə yoxdur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni nailiyyətlər qazanacaqdır. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
Beləliklə, Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Ruslan Poladov
Balakən Suvarma Sistemləri İdarəsinin rəisiскачать dle 10.6фильмы бесплатно


106

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.