• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rəmzi xarakter daşıyan müraciət

11-05-2023, 16:30 | Baxılıb: 228
“Rəmzi xarakter daşıyan müraciət

Rəmzi xarakter daşıyan müraciət

Bu il Azərbaycan xalqının Ümummillli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. May ayının 10-da 100 yaşını qeyd etdiyimiz xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutub. 2023-cü il ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bu gün bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilib və və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.
May ayının 10-da Ulu öndər Heydər Əliyevin 100 illik yubiley günündə Prezident İlham Əliyev Şuşa şəhərindən Azərbaycan xalqına müraciət etməsi təsadüfi deyildi. Bunun rəmzi mənası var. Dövlət başçımız bununla “ata vəsiyyəti”nin yerinə yetirildiyini bir daha bəyan etdi. Ulu Öndərin Şuşanın azad edilməsinə böyük ümidləri var idi və o, hər zaman Qarabağı, Şuşanı azad görməyi arzulayırdı. Bu arzu Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən uğurla reallaşdı. Dövlət başçımızın da söylədiyi kimi, Ulu Öndərin ruhu şaddır. Çünki böyük çətinliklərdən keçmiş, müstəqilliyini qoruyub saxlaya bilən Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin quruculuq işləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bu gün sürətli iqtisadi inkişafının təməlində Ulu Öndərin neft strategiyası dayanır. Düzgün və düşünülmüş siyasət Vətən müharibəsində də həlledici rol oynadı.
Gənc nəslin sağlam ideoloji mühitdə böyüməsinin real nəticələrini 44 günlük Vətən müharibəsində gördük. Milli-mənəvi dəyərlərə bağlı, nümunəvi gəncliyin yetişməsi – bunun əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin nəticəsi idi. Prezident İlham Əliyeyin dövründə yetişmiş gənclər isə əsas missiyanı tamamladı- Vətən Müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Dövlət başçımızın da söylədiyi kimi, “elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər”. Elə həmin gənclər alınmaz qala olan Şuşanı düşmən tapdağından azad etdi. Bununla Azərbaycan gəncləri bütün dünyaya Vətənə, dövlətə, Ali Baş Komandana bağlılıq nümunəsi yaratdı.
Ulu Öndərin anadan olmasının 100-cü ildönümündə biz böyük qürur hissi ilə deyə bilirik ki, müstəqil Azərbaycan ən qüdrətli dövrünü yaşayır və getdikcə ölkəmiz daha da güclənir. Prezident İlham Əliyevin də söylədiyi kimi, məhz Ulu Öndərin yolu Azərbaycanı belə bir inkişafa gətirib çıxarıb.
30 ilə yaxın dövrdə tam dağıdılmış Qarabağ və Şərqi Zəngəzur sürətlə cənnətə çevrilməkdədir. Təsadüfi deyil ki, son bir neçə gündə Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməli qoyuldu. Dövlət başçımız və birinci xanım Mehriban Əliyeva bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirak etdi. Bu isə o deməkdir ki, bərpa-quruculuq işləri də sürətlə və plan üzrə davam edir. Şuşanın yenilənən siması Azərbaycanın gücünü göstərir. Dövlət başçımızın Şuşadan verdiyi mesajda da qeyd olunduğu kimi, “bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq.”


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüскачать dle 10.6фильмы бесплатно


228

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.