• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Ulu öndərin şəhərsalma və memarlıq irsi" sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb - VİDEO

15-05-2023, 13:00 | Baxılıb: 34
““Ulu öndərin şəhərsalma və memarlıq irsi

“Ulu öndərin şəhərsalma və memarlıq irsi" sərgi-müsabiqənin qalibləri mükafatlandırılıb.
Diaspor.info xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini önünə gül dəstələri qoyub, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyinə baxış olub.

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirilib, ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov bildirib ki, ulu öndər Heydər Əliyev memar və arxitektorların əməyinə həmişə qayğı ilə yanaşıb, mənzil tikintisi və şəhərsalma məsələlərində onların fəaliyyətini layiqincə dəyərləndirib. Ulu öndərin doğma vətənimizin memarları qarşısına qoyduğu ən əsas tələblərdən biri Azərbaycan memarlığını müasir tələblərə cavab verməklə yanaşı, öz milli xüsusiyyətlərini qoruyaraq əks etdirməkləri olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovun və digərlərinin çıxışları dinlənilib. Qeyd olunub ki, gəncliyindən memarlığa marağı olan ulu öndər Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. Dahi şəxsiyyət sonradan müstəqil Azərbaycanın memarı olub.

Dahi rəhbərin ölkəmizə rəhbərliyinin hər iki dövründə nəhəng işlər görülüb, bütün şəhərlərin baş planları yaradılıb, şəhər və kəndlərimizin siması yenilənib, irihəcmli tikinti işləri həyata keçirilib.

Tədbir iştirakçıları "Ulu öndərin şəhərsalma və memarlıq irsi" adlı videoçarxı izləyiblər.

Tədbirdə memarların layihələrindən ibarət sərgiyə baxış olub, müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.

Sərgidə 40-a yaxın layihə və maket sərgilənib.

Mədinə Rəhimli

скачать dle 10.6фильмы бесплатно


34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.