• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 21-ci sessiyası çərçivəsində keçirilən tematik debatda iştirak edib

22-05-2023, 18:30 | Baxılıb: 20
“Ombudsman İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 21-ci sessiyası çərçivəsində keçirilən tematik debatda iştirak edib

Ombudsman İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 21-ci sessiyası çərçivəsində keçirilən tematik debatda iştirak edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının Ciddə şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində təşkil olunan “Biznes və insan hüquqları: Normativ baza və İƏT ölkələri üçün qaydaların tətbiqi” mövzusunda tematik debatda iştirak edib.
Tədbirdə çıxış edən S.Əliyeva biznes və insan hüquqları sahəsində ölkəmizdə Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verib. O, BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin tətbiqi ilə bağlı məsələlərə toxunaraq, ölkəmizdə bu sahədə görülən işlərdən və Ombudsman təsisatının bu sahədəki müsbət təcrübəsindən danışıb.
Ötən il Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibətilə keçirilmiş beynəlxalq konfransın məhz biznes və insan hüquqları sahəsində ombudsmanların rolu mövzusuna həsr olunduğu diqqətə çatdırılıb.
S.Əliyeva Ombudsman Aparatı tərəfindən ölkəmizdə biznes və insan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, “Biznes və insan hüquqları sahəsində Milli Fəaliyyət Planı”nın hazırlanması istiqamətində ardıcıl işlərin aparıldığını qeyd edib.
Çıxış zamanı Ombudsman Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində infrastrukturun tamamilə dağıdılaraq yararsız hala salındığını, ekosistemin məhv edildiyini, bu səbəbdən biznes fəaliyyəti üçün də uyğun şəraitin olmadığını bildirib. İştirakçılara hazırda azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsi üçün həyata keçirilən minatəmizləmə və genişmiqyaslı bərpa-quruculuq işləri barədə də məlumat verilib.
Ombudsman Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların partlaması nəticəsində 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə 300-dən çox şəxsin mina qurbanına çevrildiyini diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatları bugünədək təqdim etmədiyi qeyd olunub.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


20

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.