• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşı mina probleminə həsr olunmuş tədbirdə iştirak edib

23-05-2023, 21:57 | Baxılıb: 200
“Ombudsman Aparatının əməkdaşı mina probleminə həsr olunmuş tədbirdə iştirak edib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi və “Links Avropa” təşkilatı tərəfindən “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Minalarla çirklənmə və bunun azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəliyinin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Minatəmizləmə Agentliyinin, BMT-nin İnkişaf Proqramının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Füzuli Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, həmçinin mina terroruna məruz qalan icmaların üzvləri, mina partlayışı nəticəsində zərər çəkmiş şəxslər və media təmsilçiləri iştirak ediblər.
Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov “Minalar azərbaycanlı keçmiş məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtmaq hüququna maneə kimi” adlı sessiyada çıxış edərək İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın keçmiş məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər, habelə 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Eyni zamanda, M.Mahmudov Ombudsman tərəfindən Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi müharibə, insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə, soyqırımı aktları, ekoloji və mina terroru nəticəsində günahsız insanların həlak olması, əlilliyə səbəb olan ağır xəsarətlər alması, təbii sərvətlərimizin Ermənistan tərəfindən qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi ziyan vurulması faktlarını təsdiq edən çoxsaylı hesabat, bəyanat və müraciətlərin hazırlanaraq beynəlxalq təşkilatlara ünvanlandığını bildirib.скачать dle 10.6фильмы бесплатно


200

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.