• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında Ermənistanın yalanlarından danışıb

24-05-2023, 16:00 | Baxılıb: 25
“Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında Ermənistanın yalanlarından danışıb

“1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir. Bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir”.
Diaspor.info-nun məlumatına görə, bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağırılan Təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.

“Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”, - o qeyd edib.
Səfir bildirib ki, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb: "Ermənistanın hücumlar zamanı mülki obyektləri, o cümlədən evləri, məktəbləri və xəstəxanaları hədəf alması, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə qarşı ağır partlayıcı silahlardan və kaset bombalarından istifadə etməsi, dağıntıların miqyasının genişlənməsi üçün qəstən törədildiyini və onların əsil niyyətini ortaya qoyur.
Azərbaycanın əsas su anbarının və elektrik stansiyasının yerləşdiyi Mingəçevir 2020-ci ilin payızında keçirilən hərbi əməliyyatlar zamanı dəfələrlə raket hücumlarına məruz qalıb. Əgər raketlər obyektləri vura bilsəydi, bu, 240 kilometrdən çox dağıdıcı daşqınlara səbəb olacaq, əhalini içməli su və elektrik enerjisindən məhrum edəcəkdi", - daimi nümayəndə vurğulayıb.

Y.Əliyev çıxışında bildirib ki, Ermənistan Azərbaycana təcavüzü zamanı ölkəmizin ətraf mühitinə uzunmüddətli və ciddi ziyan vurmuş, geniş meşələrin qırılması, torpaqların deqradasiyası ilə, su infrastrukturlarının talan edilməsi və dağıdılması isə su ehtiyatlarının çirklənməsi ilə nəticələnmişdir: "Xüsusilə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki Sərsəng su anbarının, bəndin və suvarma kanalının baxımsızlığı və düzgün idarə edilməməsi humanitar böhrana səbəb olub. Belə ki, çayın aşağı hissəsində yaşayan 400 min azərbaycanlı həm məişət, həm də kənd təsərrüfatı ehtiyacları üçün sudan məhrum olunub, eləcə də torpaq eroziyası, susuzlaşma və səhralaşma kimi ciddi ekoloji problemlər yaranıb. Ermənistandan Azərbaycana axan transsərhəd çayların çirklənməsinin davam etməsi ilə bu mənfi təsirlər bu günə qədər davam edir".

Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatıları bölüşməkdən imtina etdiyini və bu minaların mülki əhalini öldürməkdə və şikəst etməkdə davam etdiyini deyib.

Daimi nümayəndə əlavə edib ki, Avropa Şurası Parlament Assambleyası 26 yanvar 2016-cı il tarixli qətnaməsində Ermənistanın hərəkətlərini Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, bu ilin əvvəlində Azərbaycan Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Ərazilərinin Mühafizəsi üzrə Bern Konvensiyasına uyğun olaraq, ölkəmizin ətraf mühitini və biomüxtəlifliyini geniş şəkildə məhv etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün dövlətlərarası arbitraja başlayıb.

Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib: "Həmin bəyanatda Laçın-Xankəndi yolunun qondarma "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.
Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır", - daimi nümayəndə vurğulayıb.
скачать dle 10.6фильмы бесплатно


25

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.