• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

XİN: "Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir"

26-05-2023, 09:00 | Baxılıb: 25
“XİN:

"Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir".
Diaspor.info xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Afrika İttifaqının yaradılmasının 60-cı ildönümü münasibətilə yaydığı bəyanatda əksini tapıb.

Bildirilib ki, bu gün Afrika İttifaqının beynəlxalq təşkilat olaraq təsis edilməsindən 60 il ötür: "Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyi Afrika ölkələrinə və Afrika İttifaqının Komissiyasına öz səmimi təbriklərini çatdırır. Ötən 60 il ərzində İttifaq qlobal sülh, təhlükəsizlik və davamlı inkişafa Afrika qitəsinin dəyərli töhfələrinin verilməsində önəmli rol oynayıb. Azərbaycan və Afrika ölkələri arasında əməkdaşlıq davamlı əsasda şaxələnməklə yüksələn xətt üzrə inkişaf edir".

Qeyd olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə əməkdaşlığa yeni təkan verib: "Arika qitəsinin dekolonizasiya prosesinə mühüm töhfələr vermiş Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Afrika qitəsini prioritet region olaraq elan edib və xüsusilə COVID-19 pandemiyası dövründə Afrika ölkələrinin pandemiya ilə mübarizə imkanlarının artırılması və pandemiyadan sonrakı bərpa məsələlərinə xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, bu il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Afrika ölkələrində pandemiyadan sonrakı bərpa prosesinə dəstəklə bağlı Qlobal Çağırış və həmin Çağırış çərçivəsində ilk donor kimi Afrika ölkələrinə 1 milyon ABŞ dolları ianə elan olunub. Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini də tədricən artırmaqdadır. Qitədə mövcud olan diplomatik nümayəndəliklərə əlavə olaraq, ötən ilin sonunda Keniyada diplomatik nümayəndəlik təsis edilib. Azərbaycan tərəfi əmindir ki, ortaq dəyər və prinsipləri bölüşdüyü Afrika ölkələri ilə əməkdaşlıq bundan sonra da həm ikitərəfli əsasda, həm də Afrika İttifaqı çərçivəsində daha da inkişaf edəcək".скачать dle 10.6фильмы бесплатно


25

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.