• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın nümayəndəsi Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında iştirak edib

26-05-2023, 12:30 | Baxılıb: 175
“Ombudsmanın nümayəndəsi Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında iştirak edib


Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt-komitənin Brüsseldə 10-cu iclası keçirilib.
Alt-komitənin iclasında Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının, o cümlədən ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin məsul əməkdaşları, Avropa Xarici Fəaliyyət Xidmətinin, Avropa Komissiyasının müxtəlif struktur bölmələrinin rəsmiləri iştirak ediblər. Tədbirdə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə geniş müzakirələr aparılıb.
İclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatını Aparat rəhbərinin müavini, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil edib.


Ombudsmanın nümayəndəsi Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında iştirak edib

Milli səviyyədə insan hüquqlarının müdafiəsi sistemi və milli insan hüquqları təsisatları: insan hüquqlarının müdafiəsi sahəsində siyasət və qanunvericilik tədbirləri, son nailiyyətlər mövzusu üzrə müzakirələrdə ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsləri, qanunvericilik sahəsində, o cümlədən insan hüquqları sahəsində strateji sənədlərlə bağlı fəaliyyəti, təcrübədə tətbiq etdiyi yeniliklər, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı barədə geniş məlumat verilib.
R.Rumzadə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər layihəsi barədə geniş məlumat verilib və Avropa İttifaqı təmsilçilərinin suallarını cavablandırılıb.
İnsan hüquqları sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması və genişləndirilməsi məqsədi daşıyan, o cümlədən beynəlxalq və regional təşkilatların ölkə üzrə hesabatlarında yer alan tövsiyələrin də nəzərə alındığı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi olaraq yeni səlahiyyətləri, Milli Preventiv Mexanizm mandatının və müraciət imkanlarının genişləndirilməsi kimi mühüm fəaliyyət istiqamətlərinin yer aldığı layihə maraqla qarşılanıb.
Azərbaycan Respublikasının və Avropa İttifaqının həmsədrliyində keçirilmiş alt-komitənin iclasında təsdiq olunmuş gündəlik çərçivəsində insan hüquqları və demokratiya, ədliyyə, azadlıq və təhlükəsizlik, qanunun aliliyi istiqamətləri üzrə əhali qruplarının hüquqları, ayrı-seçkilik, ifadə azadlığı, dini etiqad və vicdan azadlığı, gender bərabərliyi, vətəndaş cəmiyyətinin fəaliyyəti və digər mövzular üzrə geniş müzakirələr aparılıb, qarşılıqlı şəkildə ünvanlanan suallar Azərbaycan nümayəndə heyəti və Avropa İttifaqı təmsilçiləri tərəfindən cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно


175

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.