• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb

29-05-2023, 10:30 | Baxılıb: 215
“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Diaspor.info xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığınız qələbə münasibətilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.
Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.
Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.
Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.
Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.
Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm".скачать dle 10.6фильмы бесплатно


215

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.