• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

29-05-2023, 18:00 | Baxılıb: 231
“Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

Kanadanın Toronto şəhərində 28 May – Müstəqillik Günü münasibəti ilə Toronto meriyasının (City Hall) binası qarşısında Azərbaycan bayrağı ucaldılıb.
Diaspor.info-nun məlumatına görə, Kanada Azərbaycanlılar Şəbəkəsinin (Network of Azerbaijani Canadians-NAC) və Torontoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatları, diplomatlar, senatorlar və dost və qardaş ölkələrin icmalarının təmsilçiləri iştirak ediblər.
Şəhərin mərkəzində təşkil olunan təntənəli mərasimdə üç rəngli, ay-ulduzlu bayrağımız Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında səslənən Azərbaycanın dövlət himninin sədaları altında havaya qaldırılıb.
Mərasimdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İdarə Heyətinin sədri Anar Cahangirli 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qonaqlara geniş məlumat verib. A. Cahangirli deyib ki, tarixin ən çətin illərində, 105 il bundan öncə Azərbaycan demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacarıb.
Tədbirdə çıxış edən Kanada Azərbaycanlılar Şəbəkəsinin İcraçı direktoru Nigar Cəbiyeva bu tarixi günü bütün azərbaycanlıların fəxr və qürur hissi ilə qeyd etdiyini deyib. O, qonaqlara Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barəsində geniş məlumat verib.Mərasimdə Kanadanın hakim Liberal partiyasını təmsil edən və xarici işlər nazirinin parlamentdəki nümayəndəsi Rob Olifant çıxış edib. R. Olifant tarixi gün münasibəti ilə bütün azərbaycanlıları təbrik edib. O, Kanadanın Baş naziri Pyer Ceyms Trüdo və xarici işlər naziri Melani Colinin Azərbaycan icmasına salamlarını çatdırıb. Diplomat bildirib ki, Toronto şəhərinə yaşayan azərbaycanlılar şəhərin sosial-ictimai, siyasi və mədəni həyatında aktiv iştirak edirlər. R. Olifant deyib ki, Kanada hökuməti Azərbaycanla daimi yaxın əlaqələr içində olub.
Tədbirdə Torontonun şəhər meri vəzifəsinə uğurlu namizədi Entoni Füri (Anthony Furey) çıxış edib. O, bildirib ki, Azərbaycan icmasının tarixi gününə şahidlik etməkdən qürur hissi keçirir.
Tədbirdə Ontario parlamentinin keçmiş üzvü, deputat Reza Moridi, Türkiyənin Kanadadakı baş konsulunun müavini və Kanada Türk Federasiyasının rəsmiləri çıxış ediblər. Çıxışlarda çağdaş Azərbaycanın uğurlarından və coğrafiyadakı mühüm rolundan bəhs edilib.
Sonda Torontoda fəaliyyət göstərən Təbriz Ansamblının ifasında nümayiş olunan Azərbaycanın milli rəqsləri böyük maraqla qarşılanıb.скачать dle 10.6фильмы бесплатно


231

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.