• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

YAP nümayəndə heyəti Çinə səfər edib

30-05-2023, 15:30 | Baxılıb: 206
“YAP nümayəndə heyəti Çinə səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Səfər çərçivəsində mayın 28-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) Muzeyini ziyarət edib.
Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur.
Sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatirə kitabına təəssüratlarını və ürək sözlərini yazıb.
Daha sonra qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Həmin gün YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.
YAP nümayəndə heyətini salamlayan Çyan Xunşan 28 May - Müstəqillik Günü münasibətilə təbrikini çatdırıb, Azərbaycan xalqına və dövlətinə firavanlıq, əmin-amanlıq və yeni uğurlar arzu edib. Çyan Xunşan Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O, Çin ilə Azərbaycanın iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqlarını bildirib. Milli maraqları və beynəlxalq hüquq normalarını əsas götürən, bərabərhüquqlu tərəfdaşlığa malik iki dost ölkənin bir-birinin suverenliyinə hörmət və ərazi bütövlüyünə dəstək ifadə etdiklərini söyləyən Çyan Xunşan qeyd edib ki, istər Azərbaycan, istərsə də Çin öz siyasəti ilə beynəlxalq birliyin layiqli və məsuliyyətli üzvü olduğunu sübuta yetirib.
Şöbə müdirinin müavini bildirib ki, ÇKP ilə YAP arasındakı məhsuldar dialoq çərçivəsində əlaqələrin genişləndirilməsi Azərbaycan-Çin münasibətlərinin də inkişafına önəmli töhfədir. ÇKP-nin geniş beynəlxalq əlaqələrə malik olduğunu söyləyən Çyan Xunşan YAP ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət göstərildiyini bildirib. O, qarşılıqlı səfərlərin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malikdir. İki ölkə arasında çoxşaxəli əlaqələrin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. YAP Sədrinin müavini söyləyib ki, ərazilərinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında qalmış Azərbaycan beynəlxalq hüququn təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hər zaman böyük önəm verib. Bu baxımdan, Azərbaycan beynəlxalq münasibətlər sisteminin subyekti olan ölkələrin, o cümlədən Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və bu gün də eyni mövqedədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü təmin, tarixi ədaləti isə bərpa etməsindən bəhs edən Tahir Budaqov yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin görüldüyünü diqqətə çatdıran YAP Mərkəzi Aparatının rəhbəri Çin şirkətlərinin bu prosesdə fəal iştirakına geniş imkanların olduğunu söyləyib.
Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının daimi təmaslarının və əməkdaşlıq əlaqələrinin mühüm rolu olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin partiyalararası əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. YAP Sədrinin müavini bildirib ki, siyasi partiyalar olaraq dövlət başçılarının dostluq münasibətlərini, Azərbaycan ilə Çin arasında tərəfdaşlığı örnək götürərək əlaqələri daha da gücləndirməli, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirməliyik.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.

YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
YAP nümayəndə heyəti Çinə səfər edib
скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.