• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

1-06-2023, 15:30 | Baxılıb: 164
“Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda birgə seminar təşkil olunub.
Seminarın məqsədi beynəlxalq humanitar hüququn implementasiyası ilə bağlı məlumatlılığın artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə qarşılaşılan çətinliklərin aradan qaldırılması istiqamətində birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub.

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib



Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertlərinin də iştirak etdiyi seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Draqana Kojiç açılış nitqi ilə çıxış edib və seminarın işinə uğurlar arzulayıblar.
Çıxış zamanı Ombudsman otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın həm Birinci və İkinci Qarabağ müharibəsi zamanı, həm də postmünaqişə dövründə müharibə cinayətləri, ekoloji və mina terroru törətdiyini, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu bildirib. S.Əliyeva bu ərazilərdə mina və hərbi sursatların partlaması nəticəsində həm mülki əhali, həm də hərbçilərimiz arasında qurbanların olduğunu, Ermənistanın regionda sülhün təmin edilməsində maraqlı olmadığını söyləyib.
Tədbirdə proqrama uyğun olaraq təqdimatlarla çıxış edən beynəlxalq ekspertlər aidiyyəti sahələr üzrə beynəlxalq təcrübə haqqında məlumat verib və iştirakçılarla fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Aparatın əməkdaşları Ombudsmanın mandatı və fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Qeyd olunub ki, müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırlması məqsədilə Ombudsman tərəfindən faktaraşdırıcı missiyalar həyata keçirilərək yerində araşdırmalar aparılıb və əldə olunan faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərilib.
Seminarda, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə gələcək əməkdaşlıq əlaqələrinin perspektivləri barədə ekspertlərlə fikir mübadiləsi aparılıb.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


164

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.