• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ufuk Yalçın: “Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qarsa alternativ deyil”

14-09-2023, 10:00 | Baxılıb: 263
“Ufuk Yalçın: “Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qarsa alternativ deyil”

Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna alternativ deyil.
Diaspor info-nun məlumatına görə, bunu Türkiyənin Dövlət dəmir yollarının (TCDD) baş direktoru Ufuk Yalçın İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsindəki açıqlamasında bildirib.O qeyd edib ki, Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı hazırda strategiyası yoxdur: “Hazırda Zəngəzur dəhlizi ilə bağlı bəzi məqamlar var. Lakin bəzi məqamlar həllini tapandan sonra biz bu dəhliz vasitəsilə Azərbaycana birbaşa çıxış əldə edəcəyik”.U.Yalçın bildirib ki, BTQ dəmir yolu tam yenilənir: “Dəmir yolu xəttinin hazırda bağlı olmasına səbəb də bu yenilənmə ilə əlaqədardır. Düşünürəm ki, BTQ iki aydan gec olmayaraq yenidən istismara verildikdən sonra gün ərzində iki qatar göndərə biləcəyik”.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb. Dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin icrasını qısa müddətdə başa çatdırmaq üçün yeni podratçılar cəlb edilib
.Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
скачать dle 10.6фильмы бесплатно


263

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.