• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT şura iclasında Azərbaycanın 4-cü dövri məruzəsi nəzərdən keçirilib

15-11-2023, 18:00 | Baxılıb: 182
“BMT şura iclasında Azərbaycanın 4-cü dövri məruzəsi nəzərdən keçirilib

Noyabrın 14-də BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirilib.
Bu barədə Diaspor.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir.

Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları müxanizmləri çərçivəsində əməkdaşlıq, “Böyük Qayıdış” dövlət proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarının pozulması faktları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim edib.

Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-yə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim ediblər.

Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olunub.Çıxışçıların böyük bir qismi ölkəmizdə mülki, iqtisadi və mədəni hüquqların qorunması, dayanıqlı iqtisadi və sosial inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, eləcə də ictimai xidmətlərin göstərilməsində informasiya texnologiyalarından istifadəsini təqdir edib.

Azərbaycanın multikulturalizm modelinin, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində önəmli rolu vurğulanıb.

Azərbaycan Qoşulmama Hərəkatına fəal sədrliyi alqışlanıb.

İşğaldan azad olunmuş ərazilərimizə məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı, bu ərazilərimizdə aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri, dağıdılmış yaşayış məntəqələrinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurulması yüksək qiymətləndirilib.

Çıxışlarda həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizləmə və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən görülən işlərə diqqət çəkilib.

Ölkəmizdə elm və təhsil sahəsində, eləcə də qadın və uşaqlarının hüquqlarının təmin edilməsi istiqamətində atılan addımlar alqışlanıb.

Azərbaycanın milli məruzəsi, eləcə də digər aidiyyəti sənədlərlə bu internet səhifəsində tanış olmaq mümkündür.

Ümumilikdə, Azərbaycanla yanaşı, bu il 6-17 noyabr tarixlərində 14 ölkənin məruzəsinə baxış keçirilməsi nəzərdə tutulub.
скачать dle 10.6фильмы бесплатно


182

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.