• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib

17-11-2023, 12:30 | Baxılıb: 198
“Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunu qüvvəyə minib.
Diaspor info xəbər verir ki, sənəd Türkiyənin dövlət mətbu orqanı “Resmi gazete”də dərc olunub.

Xatırladaq ki, qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, qanunda işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.

Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi qanunda Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.

Sənəddə beynəlxalq hüququn normaları və qanuni suverenlik haqları əsasında ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşasına mühüm töhfələr verildiyi xatırlanıb.

Eyni zamanda, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də xidmət etdiyi Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir və Türkiyə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə, eləcə də tərəflər arasında etimadın qurulmasına töhfə verir.скачать dle 10.6фильмы бесплатно


198

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.