• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident mühafizəsinin əməkdaşı olmaq üçün harada təhsil almaq lazımdır?

18-01-2024, 16:53 | Baxılıb: 9 974
“Prezident mühafizəsinin əməkdaşı olmaq üçün harada təhsil almaq lazımdır?

"Açıq etiraf edirəm ki, Prezidentin təhlükəsizlik xidmətində iş asan deyil. Mən bu sistemdə 25 il işləyərkən bir çox incəlikləri dərk etdim. Hər gün yeni bir şey öyrənirdim, çünki Prezidentin mühafizə sistemi üzrə rəsmi elmi baza mövcud deyil".

Bunu Diaspor info-ya açıqlamasında Prezidentin xüsusi təhlükəsizlik xidmətinin təşkili və nəzarəti şöbəsinin keçmiş rəisi, hazırda "Azərbaycan – Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov deyib.

Keçmiş rəis bildirib ki, Dövlət Başçısının təhlükəsizliyi istənilən ölkədə ən əsas prioritetlərdən biridir:

"Prezidentin təhlükəsizlik xidmətində müxtəlif ali təhsil müəssisələrində təhsil almış, bu fəaliyyət üçün uyğun bilik və vərdişlərə malik, öz işinin peşəkarı olan insanlar çalışır. Onlardan bəziləri xarici dil bilir, bəziləri döyüş sənətinə malikdir. Ümumiyyətlə, hər bir əməkdaşın bilik bazası fərqlənə bilər. Bu səbəbdən mən istiqamət üzrə ali təhsil müəssisəsinin təsis edilməsini təklif etmək istərdim".
Elmar Məmmədovun sözlərinə görə, burada təhlükəsizlik vərdişlərinin öyrədilməsi, kommunikasiya, intellektual inkişaf üzrə və dövlətin birinci şəxslərinin xarici səfərlərini nəzərə alaraq, şübhəsiz ki, xarici dillər üzrə tədris proqramı işlənib hazırlana bilər:

"Bu təhsil müəssisəsi Prezidentin təhlükəsizlik xidmətində işin tələblərinə tam uyğun olan kadrlar buraxa bilər. Prezidentin təhlükəsizlik xidməti Akademiyası yaradılmalıdır. Hər bir güc strukturunun (DİN, DTX, FHN, Ədliyyə Nazirliyi və sair) yüksək ixtisaslı kadrlar hazırlayan öz ali təhsil müəssisələri var. Dövlət Başçısının təhlükəsizlik xidməti də yuxarıda sadalanan orqanlar kimi Ali Baş Komandanın tabeliyindədir".скачать dle 10.6фильмы бесплатно


9 974

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.