• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıb

28-03-2024, 13:30 | Baxılıb: 175
“Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıb

Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıb
Vyana Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərginin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Vyanadakı diplomatik korpusun təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların əməkdaşları, ölkə rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və Avstriyada yaşayan soydaşlarımız iştirak ediblər.
Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycanın müxtəlif bölgələrində mədəniyyət və tarixi abidələrin qorunub saxlanılmasına böyük töhfə verən Avstriya şirkətlərinə minnətdarlığını bildirib.
Öz çıxışında Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasının Azərbaycan hökumətinin hər zaman prioriteti olduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Qarabağ regionun yenidən qurulmasına, bərpa və mühafizəsinə yeni təkan verildiyini və bunun ümumxalq missiyasına çevrildiyini diqqətə çatdırıb. Səfir UNESCO-nun Ümumdünya İrsi Siyahısında yer alan İçərişəhər, Qız qalası və digər mədəni abidələrin, həmçinin Azərbaycanın Qarabağdakı mədəni və dini irsinin daxil olduğu memarlıq möcüzələrin bərpası və konservasiyasına avstriyalı memarların töhfəsini əks etdirən fotosərginin nümayişindən məmnunluq hissi duyduğunu söyləyib. BMT-nin Sivilizasiyalar Alyansı ilə 2021-ci ildə “Mədəniyyət naminə sülh” qlobal çağırışı barədə məlumat verərək, mədəni irsin bərpası və qorunmasının davamlı sülhə töhfə olacağını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak edən Avstriya şirkətlərinə təşəkkürünü bildirib.
Azərbaycanda uzun illər fəaliyyət göstərən Avstriya şirkətlərinin nümayəndələri Manfred Vehdorn, Erix Pummer və Roman Brugger təqdimatlarla çıxış edərək, fəaliyyətləri və gördükləri işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Manfred Vehdorn Azərbaycan ilə Avstriya arasında mövcud dost münasibətlərini önə çıxarıb. O, ölkəmizin zəngin mədəni irsini, Ağdamdakı Cümə məscidinin və Şuşadakı Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin bərpası barədə məlumat verib. E. Pummer UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Qız qalası, Şirvanşahlar Sarayı, İçərişəhər, bundan əlavə Məhəmməd məscidi, Bəylər məscidi və Opera və Balet Teatrının bərpası haqqında danışıb. R.Brugger Ağdam Cümə məscidinin bərpası haqqında ətraflı məlumat təqdim edib.
Almaniyanın Qiesen Universitetinin dosenti türkoloq alim Mixael Raynhard Hess çıxışında Şuşanın və ümumiyyətlə Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsi barədə söhbət açıb. İşğal dövründə Şuşa şəhərində törədilmiş dağıntılar və vandalizmin ilk növbədə burada Azərbaycan irsini silmək, onu inkar etmək niyyət ilə edildiyini bildirib. M.R.Hess müəllif olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının ingilis dilində nəşrini təqdim edib.
Tədbirin bədii hissəsində görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu musiqili proqram ilə çıxış edib.
Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıb
Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıb
Vyanada “Azərbaycanın mədəni irsinin qorunması: Avstriyanın töhfəsi” adlı fotosərgi açılıbскачать dle 10.6фильмы бесплатно


175

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.