Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər.
Diaspor info xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz. Sizin səfəriniz tarixi səfərdir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Artıq demək mümkündür ki, səfərin çox gözəl nəticələri olacaq.
Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.
Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.
Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq.arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq.
Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər.
Bir daha hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə cansağlığı, xalqınıza daim firavanlıq və rifah arzulayıram. Sağ olun.ev sahibliyi edəcək.
Biz, eyni zamanda, bu il iyulun 2-3-də Brazzavildə keçiriləcək Afrika və Qlobal Meşəsalma Onilliyi tədbiri barədə məlumat verdik. Bu, Şarm-əl Şeyxdə keçirilmiş COP zamanı Konqo tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz Afrika və Qlobal Meşəsalma Onilliyi ideyasını irəli sürdük. Bu ideyanı konkretləşdirmək, bu layihəni reallaşdırmaq üçün Afrika İttifaqı, BMT və Konqo konfrans təşkil edəcək. Biz COP29-un təşkili ilə məşğul olan Azərbaycan rəsmilərini bu ideyanın reallaşdırılması və sonra onun Nyu-Yorkda BMT-nin Baş Assambleyasının növbəti sessiyasında qəbul olunması üçün iyulda bizə qoşulmağa dəvət etdik.
Prezident tərəfindən digər əməkdaşlıq məsələlərinə də toxunuldu. Karbohidrogen, kənd təsərrüfatı, mədənçilik, informasiya, bərpaolunan enerji sahələrində iki ölkənin mühüm potensialının olduğu qeyd edildi. Biz öhdəlik götürdük ki, ölkələrimiz arasında qeyd olunan bütün sektorlarda bu əməkdaşlıq inkişaf etsin. Prezident də dedi, biz öz nümayəndələrimizə təlimat verdik ki, bu layihələri yekunlaşdırmaq üçün birgə işləsinlər. Biz danışıqlarımızın nəticələrindən çox məmnunuq. Burada bizə göstərilən səmimi və dostcasına qəbula görə çox xoşbəxtik.Biz inanırıq, düşünürük ki, burada ölkələrimiz arasında əməkdaşlıq istiqamətində çox yaxşı addım atdıq və biz mütləq qalib olacağıq. Ona görə də mən cənab Prezidentdən xahiş etdim ki, Konqoya dostluq səfəri etməklə bizi şərəfləndirsin. Mən ona dəvətnamə göndərəcəyəm və biz Prezidenti ölkəmizdə qəbul etməkdən şərəf duyacağıq. Bu da başqa bir tarixi hadisə olacaq. Prezidentin bizim ölkəmizə səfəri məhsuldar əməkdaşlığımızda növbəti addım olacaq.
Mən bizim tərəfimizdən ünvanlanan bütün sorğulara müsbət cavab verdiyinə görə Prezidentə təşəkkürümü ifadə edirəm. Bildirmək istərdim ki, biz beynəlxalq səviyyədə - istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacağıq. Çünki söhbətimiz zamanı fikirlərimizin bir-biri ilə yüksək səviyyədə üst-üstə düşdüyünü gördük. Prezident və mənim tərəfimdən imzalanan Bəyannamə mühüm mərhələdir. Fikrimcə, bu, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.
Sonda mən bu qəbula və keçirdiyimiz görüşlərin uğurlu olmasına görə Prezidentə təşəkkürümü bildirirəm.