• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

6-06-2024, 18:00 | Baxılıb: 293
“Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib


Ombudsman Səbinə Əliyeva Albaniyada keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişinin dəvəti əsasında dünyanın müxtəlif ölkələrindən olan İnformasiya Komissarlarının qatıldığı XV Beynəlxalq Konfransında iştirak edib.
"Fərdlərin informasiyaya çatım vasitəsilə səlahiyyətləndirilməsi: qarşılıqlı əməkdaşlıqda şəffaflığın və inklüzivliyin təmin edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın ilk sessiyasında təqdimatla çıxış edən Səbinə Əliyeva informasiya əldə etmək hüququnun müdafiəsi və təmini istiqamətində fəaliyyəti, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə əhalinin həssas qruplarının hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilməsi barədə məlumat verib.
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini iştirakçıların diqqətinə çatdıran Ombudsman bu çərçivədə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarının iştirakı ilə informasiyaya çatımlılıq məsələlərinin də müzakirə ediləcəyi beynəlxalq simpoziumun keçiriləcəyini bildirib.
Səfər çərçivəsində Ombudsman Albaniya Respublikasının ədliyyə naziri Ulsi Manja, Parlament sədrinin müavini Ermonela Valikaj Felaj, İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkil Besnik Dervişi ilə görüşlər keçirib.
Həmin görüşlərdə S.Əliyeva Ombudsman Aparatının fəaliyyəti, informasiya əldə etmək hüququnun təmini sahəsində görülmüş işlər, Ombudsman haqqında Konstitusiya Qanununa edilən son dəyişikliklər nəticəsində mandatının genişlənməsi haqqında ətraflı məlumat verib. Ombudsman həmçinin ölkədə insan hüquqları sahəsində həyata keçirilən islahatlardan bəhs edərək, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Ombudsmanın Parlamentlə sıx əlaqələr qurduğunu və Parlamentin komitə iclaslarında iştirak edildiyini bildirib. S.Əliyeva həmçinin ölkədə qadınların qərar qəbuletmə prosesində fəal iştirak etdiyini, eyni zamanda müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını vurğulayıb.
Eyni zamanda, Ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə, o cümlədən təhsil, səhiyyə və penitensiar müəssisələrə həyata keçirilən başçəkmələr və verilmiş tövsiyələr haqqında danışılıb.
Ombudsman Səbinə Əliyeva otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda basdırılmış minaların hazırda həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyini diqqətə çatdırıb. Bundan başqa, Ombudsmanın müharibə və postmüharibə dövrlərində işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyi, aidiyyatı beynəlxalq təşkilatlara, milli insan hüquqları institutları və xarici ombudsmanlara müvafiq hesabat, müraciət və bəyanatlar göndərdiyi qeyd edilib, faktaraşdırıcı missiyalara dair hesabatların nüsxələri həmin dövlətin rəsmi şəxslərinə təqdim olunub.
Ombudsman həmçinin iki ölkə arasında əməkdaşlıq çərçivəsində formalaşmış müsbət təcrübələrin insan hüquq və azadlıqlarının effektiv müdafiə və təmininə də töhfə verəcəyini bildirib.
Qeyd edilməlidir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Albaniya Respublikasının İnformasiya və Məlumatların Mühafizəsi üzrə Müvəkkili Besnik Dervişi arasında insan hüquqları, habelə informasiya əldə etmək hüququ sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə anlaşma memorandumu imzalanıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


293

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.