• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb

15-10-2024, 17:30 | Baxılıb: 457
““Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb

“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
Türkiyənin Erzincan şəhərində yerləşən Erzincan Binali Yıldırım Universitetində “Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb.
Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi etdiyi simpozium Erzincan Valiliyinin, Erzincan Bələdiyyəsinin, Erzincan Binali Yıldırım Universitetinin və digər tərəfdaşların birgə təşkilatçılığı ilə baş tutub.
Simpoziumda rəsmi şəxslərlə yanaşı, türk diasporunu təmsil edən mədəniyyət xadimləri, idmançılar və başqaları iştirak ediblər.
Açılış nitqində Erzincan Binali Yıldırım Universitetinin rektoru, professor Akın Levent tədbir iştirakçılarını salamlayıb.
Tədbirdə Türkiyə Respublikasının Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Eren, Erzincan Valisi Hamza Aydoğdu, Erzincan Bələdiyyəsinin sədri Bekir Aksu və digərləri çıxış edib.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz simpoziuma onlayn qatılıb və bildirib ki, 7 milyondan çox türk xarici ölkələrdə məskunlaşıb. O, türklərin yaşadıqları torpaqlara qatdıqları dəyərləri, öz həmrəylikləri ilə vətən həsrətini aradan qaldırdıqlarını vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türk diasporunun dünyanın dörd bir yanında türk mədəniyyətini, dəyərlərini və uğurlarını təmsil edən böyük bir güc olduğunu dilə gətirib: “Birlikdə güclü addımlar atacaq və Türk dünyasının beynəlxalq arenadakı rolunu daha da gücləndirəcəyik”.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək, sədr Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə və həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini bildirib. Sədr müavini türk dünyasının gələcəyi ilə bağlı qarşıya qoyulan hədəflərə toxunub və aparılan məqsədyönlü siyasətin nəticəsində əldə olunan nailiyyətlər haqqında fikirlərin bölüşüb. Komitə ilə Türk Dövlətləri Təşkilatının əməkdaşlığı çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıqdan bəhs edib. Komitənin türk dünyası ilə əlaqələrin daha da dərinləşməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə simpozium iştirakçılarına geniş məlumat verib.
Simpozium 16 oktyabr 2024-cu il tarixində yekunlaşacaq.
[center]“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıb
“Türkiyə yüzilliyində I Beynəlxalq Türk Diasporu Simpoziumu” işə başlayıbскачать dle 10.6фильмы бесплатно

457

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.