• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

7-12-2024, 12:30 | Baxılıb: 449
“Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan tarixi” (“History of Azerbaijan”) layihəsinə daxil olan qısametrajlı filmlərin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki: “Bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında diaspor fəaliyyəti daha da genişlənib və Azərbaycan diasporu uğurlu layihələr həyata keçirir. Ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı danışanda qeyd etməliyik ki, milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, onların bütün dünyada təbliğ olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işlər dövlətimiz, xalqımız üçün böyük töhfədir. Xaricdəki Azərbaycan icmaları da bu sahədə beynəlxalq layihələr həyata keçirir və dövlətimiz diaspor təşkilatlarının layihələrinə dəstək verməyi prioritet məsələlər kimi görür”.
Daha sonra “History of Azerbaijan” layihəsinin təqdimat videosu, eləcə də “Azərbaycanda Qədim Dinlər və Multikultiralizm” filmi, “Əkinçi” qəzeti haqqında film, “Dəmir Yumruq – Vətən müharibəsi” filmi nümayiş olunub.
Layihəyə daxil olan filmlər Azərbaycan tarixinin mühüm dövlərini əks etdirir. 16 qısametrajlı filmdən ibarət olan layihə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada hazırlanıb.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında belə layihələrin vacibliyini vurğulayıb və layihənin ərsəyə gəlməsinə görə yaradıcı heyətə, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib. O, əlavə edib ki, növbəti layihə azyaşlı uşaqlar üçün animasiya filmlərinin istehsalı ilə bağlıdır.
Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, layihənin iştirakçısı Zamiq Əliyev və başqaları belə filmlərin Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində böyük əhəmiyyət daşıdığını dilə gətiriblər.
Hazırlanan filmlər tədris vəsaiti kimi xaricdəki həftəsonu Azərbaycan məktəblərinin proqramına daxil edilib, eyni zamanda müxtəlif ölkələrdəki icma tədbirlərində nümayiş olunur.
“History of Azerbaijan” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və ELTV Media Qrupunun birgə təşkilatçılığı ilə Kanadada ərsəyə gətirilib.
Filmləri aşağıdakı linkdən izləmək mümkündür:
https://www.youtube.com/@historyofazerbaijan



Состоялась презентация короткометражных фильмов об истории Азербайджана

В Государственном комитете по работе с диаспорой состоялась презентация короткометражных фильмов, входящих в проект “История Азербайджана” (“History of Azerbaijan”).
После исполнения государственного гимна Азербайджанской Республики минутой молчания была почтена светлая память шехидов, отдавших жизнь за целостность наших земель.
Во вступительном слове председатель Государственного комитета по работе с диаспорой Фуад Мурадов сказал: “По поручению Президента Ильхама Алиева диаспорская деятельность сегодня стала еще шире, азербайджанская диаспора реализует успешные проекты. Говоря о пропаганде культуры нашей страны, следует отметить, что работа, проводимая Фондом Гейдара Алиева под руководством Первого вице-президента Мехрибан Алиевой в области сохранения национально-культурных и духовных ценностей, пропаганды их во всем мире, - большая заслуга перед государством и народом. Азербайджанские общины за рубежом также осуществляют международные проекты в этой области, наше государство считает приоритетным вопросом оказание поддержки проектам диаспорских организаций”.
Затем были показаны презентационное видео проекта “History of Azerbaijan”, а также фильм “Древние религии и мультикультурализм в Азербайджане”, фильм о газете “Экинчи”, фильм “Железный кулак – Отечественная война”.
Картины, входящие в проект, отражают важные этапы истории Азербайджана. Проект, состоящий из 16 короткометражных фильмов, подготовлен в Канаде при организационной поддержке Азербайджанского центра искусства и культуры “Ветен” совместно с Медиа-группой ELTV.
Руководитель Азербайджанского центра искусства и культуры “Ветен” Лалин Гасанова подчеркнула важность таких проектов в доведении азербайджанских реалий до международной общественности и поблагодарила творческий состав, а также Государственный комитет по работе с диаспорой за подготовку проекта. Oна добавила, что очередной проект связан с производством анимационных фильмов для детей младшего возраста.
Руководитель Бакинской религиозной общины горских евреев Милих Евдаев, супруга бывшего депутата Милли Меджлиса, Национального героя Азербайджана Ширина Мирзоева Флора Гасымова, участник проекта Замиг Алиев и другие констатировали, что такие фильмы представляют большое значение в пропаганде истории и культуры Азербайджана.
Подготовленные фильмы включены в качестве учебного пособия в программу азербайджанских воскресных школ за рубежом, а также демонстрируются на мероприятиях общины в различных странах.
Проект “History of Azerbaijan” подготовлен в Канаде при поддержке Государственного комитета по работе с диаспорой и Фонда поддержки азербайджанской диаспоры и организационной поддержке Азербайджанского центра искусства и культуры “Ветен” совместно с Медиа-группой ELTV.
Фильмы можно посмотреть по ссылке:
https://www.youtube.com/@historyofazerbaijan




Short films on "Azerbaijani History" have been presented
The State Committee on Work with Diaspora hosted the presentation of short films included in the "History of Azerbaijan" project.
Following the playing of the National Anthem of the Republic of Azerbaijan, the memory of martyrs who sacrificed their lives for the territorial integrity of the country was honored with a minute's silence.
In his introductory speech, Chairman of the State Committee on Work with Diaspora Fuad Muradov stated: "Today, under the directives of President Ilham Aliyev, diaspora activities have significantly expanded, and the Azerbaijani diaspora is successfully implementing numerous projects. When discussing the promotion of our country's culture, we must highlight the immense contributions of the Heydar Aliyev Foundation, led by First Vice-President Mehriban Aliyeva, in preserving and promoting our national, cultural, and spiritual values globally. Azerbaijani communities abroad are also conducting international projects in this regard, and our state prioritizes supporting the initiatives of diaspora organizations."
Subsequently, the presentation video of the "History of Azerbaijan" project , as well the films "Ancient Religions and Multiculturalism in Azerbaijan", "Iron Fist - The Patriotic War" and the film about "Akinchi" newspaper were screened.
The project includes 16 short films that depict significant periods in Azerbaijan's history. The films were produced in Canada through the joint efforts of the "Vatan" Azerbaijan Arts and Culture Center and ELTV Media Group.
Lalin Hasanova, director of the "Vatan" Azerbaijan Arts and Culture Center, emphasized the importance of such projects in conveying the realities of Azerbaijan to the international community. She expressed gratitude to the creative team and the State Committee on Work with Diaspora for their support, adding that the next project will focus on producing animated films for children.
Other speakers, including Milikh Yevdayev, the head of the Mountain Jews Religious Community, Flora Gasimova, former Member of Parliament and spouse of National Hero of Azerbaijan Shirin Mirzayev, and Zamiq Aliyev, project participant, highlighted the significance of these films in promoting Azerbaijan's history and culture.
The films have been incorporated as teaching materials into the curriculum of weekend Azerbaijani schools abroad and are also showcased at community events in various countries.
The "History of Azerbaijan" project was created in Canada with the support of the State Committee on Work with Diaspora and the Azerbaijan Diaspora Support Fund, in partnership with the "Vatan" Azerbaijan Arts and Culture Center and ELTV Media Group.
The films can be viewed via the following link:
https://www.youtube.com/@historyofazerbaijan

[center]Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib
Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilibскачать dle 10.6фильмы бесплатно


449

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.