• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Dünən, 20:00 | Baxılıb: 30
“İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.

Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Geniş tərkibdə görüşdə Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur.

Sədr ölkələrimiz arasında parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək dəyərləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolunu və parlament dostluq qruplarının fəaliyyətini vurğulayıb. O, İordaniya parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətindən danışan Mazen Torki Əl-Qadi bu tədbirin mühüm məsələlərin müzakirəsində vacib platforma olduğunu diqqətə çatdırıb.

Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.

Söhbət zamanı, həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.