• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Dünən, 20:00 | Baxılıb: 34
“Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

İyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycanın səfiri Hüseyn Quliyevi qəbul edib.

Diaspor info Özbəkistan Prezidentinin ofisinə istinadla xəbər verir ki, Şavkat Mirziyoyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı və möhkəmləndirilməsində Azərbaycan səfirinin səmərəli işini, onun şəxsi töhfəsini xüsusi qeyd edib.

Görüş əsnasında ən yüksək və digər səviyyələrdə intensiv dialoqun qurulduğu, ticarət və iqtisadiyyatda əhəmiyyətli irəliləyişlərin əldə edildiyi qeyd edilib: son illərdə ticarət dövriyyəsi xeyli artıb, Azərbaycan kapitalı ilə 280 müəssisə və Birgə İnvestisiya Şirkəti yaradılıb.

Daha sonra geologiya, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma, tekstil, əczaçılıq və digər sahələrdə əməkdaşlıq layihələrinin aktiv mərhələdə olduğu, həmçinin mühüm mədəni və humanitar mübadilə proqramlarının həyata keçirildiyi vurğulanıb.

Görüşün sonunda Özbəkistan Prezidenti Hüseyn Quliyevə Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfələrinə görə “Mexnat Şuxrati” ordenini təqdim edib.

Səfir diplomatik missiyasına verdiyi yüksək qiymətə görə Özbəkistan dövlətinin başçısına dərin minnətdarlığını bildirib və iki ölkə arasında genişmiqyaslı əməkdaşlığın inkişafına göstərdiyi hərtərəfli dəstəyə görə ona təşəkkür edib.скачать dle 10.6фильмы бесплатно


34

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib
İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.