Naxçıvan Karate-Do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının birinci vitse-prezidenti seçilib.
UKRAYNADAN DA FAZİL ƏLƏKBƏROVU TƏBRİK ETDİLƏR.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, Naxçıvan Karate-Do Federasiyasının sədri Fazil Ələkbərovun Dünya Şotokan Karate Federasiyasının birinci vitse-prezidenti seçilməsilə bağlı xeyli təbriklər almaqdadır. Bu barədə redaksiyamıza telefon açaraq öz fikirlərini bildirən zaman Əlmaniz Ələkbərli deyib: "Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin" sədri kimi keçirdiyim tədbirlər zamanı Fazil
Ələkbərovu təbrik etməyi məndən xahiş etdilər.
Ukraynanın Nikalayev şəhərindən mənə zəng edərək öz təbriklərini saytınız vasitəsilə cənab generala çatdırmağımızı xahiş etdilər.
Aldığım xəbər təkcə məni deyil, Ukraynada yaşayan bir çox ağsaqqallarımızı, ziyalılarımızı və diaspor rəhbərlərinin də, sevincinə səbəb oldu. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri, diasporamızın ağsaqqallarından sayılan Yunus Alıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Novomoskovski şəhəri üzrə sədri Şikar Hüseynov da, Fazil Ələkbərova xüsusi olaraq təbriklərini çatdırmağı xahiş etdilər.
Hesab edirəm ki, Fazil Ələkbərovun Dünya Şotokan Karate Federasiyasının birinci vitse-prezidenti seçilməsi təkcə Naxçıvan idmanının deyil, bütövlükdə Azərbaycan idmanının uğurudur. Mən təkcə öz adımdan deyil, məndən xahiş edən bütün diaspor fəalları adından sədaqətli Generalımızı ürəkdən təbrik edir, yeni vəzifəsində uğurlar arzulayıram."
Məlumat üçün bildirək ki, Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının sədri Yaşar Bəşirov muxtar respublikaya səfərə gəliblər. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Muzeyi, İlham Əliyev adına Olimpiya İdman Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Həmçinin Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında görüş keçirilib Görüşdə Naxçıvan Karate-Do Federasiyasının sədri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının birinci vitse-prezidenti seçilib.
Diaspor info
Kiyev bürosu.
1 513