ALMANİYADA QARABAĞ MİTİNQİNİN KEÇİRİLMƏSİ DİASPOR KOMİTƏSİNİN NÖVBƏTİ UĞURUDUR.
Almaniyada -Ümumavropa Qarabağ mitinqinin keçirilməsi Azərbaycan Dövlətinin Diaspor siyasətinin yüksək səviyyədə olmasından xəbər verir.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə heyətinin Üzvü Qulu İbrahimov
Diaspor info saytının Ukrayna bürosu BUAK-nın idarə heyətinin üzvü, Almaniyada keçirilən Ümumavropa Qarabağ mitinqinin iştirakçısı Qulu İbrahimovla görüşüb həmsöhbət olub: Çox möhtəşəm idi, bildiyimiz kimi dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.
Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri də qatılmışdı.
Azərbaycan bayraqları çox möhtəşəm dalğalanır, gənclik daha çox aktivlik göstərir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün şüarlar səsləndirirdilər.
Mitinqin iştirakçıları "Qarabağ Azərbaycandır!", "Biz terrora yox deyirik", "Azərbaycan ədalət tələb edir!", "Xocalıya biganə qalma!", "Dinc və günahsızların qatillərinə ar olsun!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandırın!", "Qarabağ haqqımızdır!" kimi şüarlarla beynəlxalq təşkilatlara çağırış etdilər.
Diaspor info
Kiyev
897