HEYDƏR ƏLİYEV OLMASAYDI MÜASİR AZƏRBAYCAN DÖVLƏTİ DƏ OLMAZDI.
HEYDƏR ƏLİYEV yaşadığı və rəhbərlik etdiyi bütün dövrlərdə
vətəninə, xalqına ləyaqətlə xidmət edib.
YUNUS ALIYEV
BUAK-nin NİKALAYEV VİLAYƏTİNİN SƏDRİ.
Məlum olduğu kimi 10 may 1923-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bununla bağlı bir çox tanınmış şəxslər öz xatirələrini bölüşür. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev də Ulu öndər haqqında fikirlərini saytımıza danışıb.
Ümummilli lider hələ sovetlər birliyi dövründə belə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda xalqımızın gələcəyini düşünüb. Odur ki, əvvəlcə Azərbaycanı SSRİ respublikaları sırasında iqtisadi göstəricilərinə görə dəfələrlə birinci edib, bununlada geridəqalmış millət fikirindən məharətlə çıxarıb. Heydər Əliyev bütün istiqamətlərdə istedadları üzə çıxararaq Azərbaycandan kənara, Moskvaya və digər inkişaf etmiş şəhərlərə göndərib. Bununla da, Azərbaycan ziyalıları postsovet respublikalarına kök salaraq xalqımızı layiqincə təmsil ediblər.
Azərbaycan gənclərinin daha da savadlı olması üçün el arasında "İnaqorodnı" deyilən savadlı tələbələrin digər respublikalarda Rus dilində təhsil almalarına şərait yaradıb. Ən nəhayət Ulu öndər Azərbaycanın Müstəqilliyini əvvəldən gördüyü üçün milli kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Əsas da hərbi məsələlərə daha ciddi yanaşıb.
Heydər Əliyev bütün keyfiyyətlərinə görə örnək idi, öz xalqına layiq bir lider kimi yetişmişdir. Ailə başçısı kimi, dost kimi, rəhbər kimi və həyat yoldaşına sədaqətli dost olduğunu hər an sübut etmişdir.
Heydər Əliyev Naxçıvanda Müstəqil Azərbaycan bayrağını ilk dəfə iclasa gətizdirən, Sovet generalına Naxçıvanda olan bütün hərbi texnikanın Naxçıvanlılara məxsus olmasını sübut edən bir rəhbər olub.
Ümummilli lider həmişə xalqının ağır günündə, onun imdadına çatıbdır.
Heydər Əliyev Azərbaycan Xalqının yaddaşlarında əbədi həkk olunan bir tarixi şəxsiyyətdir.
Danılmaz faktır ki, Heydər Əliyev olmasaydı Müstəqil və Müasir Azərbaycan dövləti də olmayacaqdı. Çünki böyük güclər bu imkanı boşuna buraxmayacaqdılar. Azərbaycanda xaos, qardaş qırğını başlayan kimi Tülkü kimi fürsət gözləyənlər Azərbaycan müstəqilliyinə əl qoyacaqdılar. Necə ki, 1920-ci ildə bu baş vermişdi.
Heydər Əliyev Tək canı ilə, şəxsi nüfuzu, əqli-savadı ilə Azərbaycana əl uzadanlara qarşı, bütün dünyada olan düşmənlərimizə savaş elan etdi və bu savaşı qələbə ilə başa vurdu.
Özünün Şah Əsəri Olan Müasir, Müstəqil və Əbədi Azərbaycanı Yaratdı.
Tarix yüz, min ildə belə bir şəxsiyyətlər yetişdirir, bizlər xoşbəxtik ki, o məhz bizim lidrimiz olub.”
ALLAH RƏHMƏT ELƏSİN
Diaspor info
Ukrayna bürosu.
430